Bərdədə 6 nəfər yıxılaraq ağır xəsarət alıb - SİYAHI

Bərdədə 6 nəfər yıxılaraq ağır xəsarət alıb - SİYAHI

Bərdə rayonunda altı yerli sakin bədbəxt hadisələr nəticəsində xəsarət alıb.

BiG.AZ xəbər verir ki, Bərdə rayon Mərkəzi Xəstəxanasından "Report"un Qarabağ bürosuna verilən məlumata görə, rayon sakinləri olan 6 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri aldığından xəstəxanaya müraciət edib.
Bunlar rayonun Cələbilər kənd sakini 1982-cu il təvəllüdlü Behbudov Vüsal Vidadi oğlu, Divanlı kənd sakini 2012-ci il təvəllüdlü Quluzadə Abid İnayət oğlu, Nazırlı kənd sakini Fərmanlı Eltun Füzuli oğlu, M.Rəsulzadə kücəsindəki evlərdən birində yaşayan 1986-ci il təvəllüdlü Qaraşova Ahu Elyar qızı, Nüşabə kücəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Alıyev Murad Elxan oğlu və Əyricə kənd sakini 2004-ci il təvəllüdlü Cəfərov Azay Novruz oğludur.

Yaralılara əsasən qapalı kəllə-beyin, bədənin ümumi travması və ayaq və qol sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyətləri kafi qiymətləndirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 589 Tarix: 03.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər