Bakıda yeni ödəniş terminalları quraşdırılır

Bakıda yeni ödəniş terminalları quraşdırılır

Bakıda “Pulpay” şirkətinin terminallarının quraşdırılmasına başlanılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Hazırda bu şirkətə məxsus terminalların sayı çox olmasa da, artmaqda davam edəcək. Bu, cari ildə şirkətin planlarına daxildir.

Rayonlarda “Pulpay” terminalları hələlik ancaq Xaçmazda quraşdırılıb. Gələcəkdə onların digər rayonlarda da quraşdırılması nəzərdə tutulur.

“Pulpay” terminalları vasitəsilə kommunal xidmətlər, mobil və stasionar rabitə xidmətləri, internet, kabel televiziyası, sığorta və digər ödəmələri həyata keçirmək mümkün olacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1127 Tarix: 03.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol