Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan BiG.AZ-a verilən xəbərə görə, Beyləqan rayon sakini Eldəniz Qarayevə məxsus “VAZ-21074” markalı maşının yük yerindəki 5600 dəyərində olan qızıl-zinət əşyalarını maşınla birlikdə qaçırmağa cəhd edən rayon sakini Teymur İsgəndərov tutulub.

Araşdırma zamanı T. İsgəndərovun əlbir olduğu şəxs də müəyyənləşdirilib və saxlanılıb. Bakı şəhər sakini Eknur Ağaşirinli şübhəli şəxs qismində Beyləqan RPŞ-yə gətirilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 480 Tarix: 03.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər