Gürcüstanda avtomobillərlə bağlı daha bir qadağa

Gürcüstanda avtomobillərlə bağlı daha bir qadağa

Bu ildən Gürcüstanda avtomobillərlə bağlı yeni qanun qüvvəyə minib. Belə ki, nəqliyyat vasitələrində sükanın yerinin dəyişdirilməsi qadağan edilir.

BiG.AZ apsny.ge saytına istinadən xəbər verir ki, bu qərar indiyə kimi sükanın yeri dəyişdirilən avtomobillərə şamil edilməyəcək.

Sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur.

Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 974 Tarix: 03.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol