Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"

Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"

"BMT İranda etirazlar zamanı insan ölümü faktlarının qeydə alınmasına görə təəssüflənir və gələcəkdə zorakılığın qarşısının alınacağına ümid edir".

BiG.AZ BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təşkil edilən mətbuat konfransında təşkilatın mətbuat katibinin müavini Farhan Hak deyib.
"Baş katib İrandakı etirazlar barədə məlumatları yaxından izləyir", - deyə F.Hak bildirib.

BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir.
Qeyd edək ki, KİV-in son məlumatlarına görə, İranda etirazlar aksiyaları zamanı 20-dən çox adam ölüb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 425 Tarix: 03.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər