Siçovul təyyarənin havaya qalxmasına imkan vermədi

Siçovul təyyarənin havaya qalxmasına imkan vermədi

"Alaska Airlines" aviaşirkətinin uçuşu göyərtədə peydə olunan siçovula görə ləğv edilib.

BiG.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Göyərtəsində 110 sərnişini olan Boeing 737 təyyarəsi Oklenddən (Kaliforniya ştatı – Red.) Portlendə (Oreqon ştatı- Red.) uçuş həyata keçirməli idi. Aviauçuş trap vasitəsi ilə salona daxil olan siçovula görə ləğv edilib. Ekipaj üzvləri gəmiricini tapa bilməyib.
Aviaşirkət ziyanvericilərin ləğv edilməsi ilə məşğul olan xidmətin əməkdaşlarını çağırıb. Bundan əlavə, təyyarədə zədələrin olub-olmamasını müəyyən etmək məqsədi ilə mütəxəssislər ona baxış keçirəcək. Sərnişinlərə Portlendə digər təyyarə ilə yola düşmək tövsiyə edilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 831 Tarix: 03.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər