"Şou-biznes xəbəri siyasi xəbərdən 15-20 dəfə çox oxunur" - Emil Əkbərov

"Şou-biznes xəbəri siyasi xəbərdən 15-20 dəfə çox oxunur" - Emil Əkbərov"Şou biznesə maraq daha çox evdar xanımlarda yaranır"

"BiG GrouP" şirkətinin rəhbəri və təsisçisi, iş adamı Emil Əkbərov "Cümhuriyət" qəzetinə müsahibə verib. Müsahiblə ölkənin ictimai-siyasi həyatında və media sahəsində baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq.

Qeyd edək ki, "BİG Group"a 13 sayt daxildir.

- Ölkədə vəziyyət yaxşı deyil, qıtlıq var və problemlərin ağırlığını hər birimiz üzərimizdə hiss edirik. Baş verənlər mediaya, məsələn, sizin rəhbərlik etdiyiniz saytlara təsir edirmi?

- Əlbəttə, hiss edirik. Əgər böhran varsa, bu nəinki bizə, hər bir struktura təsir edir. İş yerlərində artım yoxdur və perspektivlər də, iş yerlərinə maliyyə ayrılmaları da azalıb. Böhran əsasən, manatın məzənnəsi dollar qarşısında kəskin ucuzlaşanda, dünya bazarlarında neftin qiyməti aşağı düşəndə hiss olundu. Əsas gəlirlərimiz neftdən əldə edildiyinə görə "holland sindorum"u ilə üzləşmişik. İqtisadiyyatımız neft gəlirlərindən asılı olduğu üçün bu, bizim hər bir işimizə öz təsirini göstərir. İstər media, istər biznes, istərsə də digər sektorlar bu təsirlərdən kənar qaça bilmirlər. Amma azərbaycanlılar ən çətin vəziyyətlərdən çıxış yolu tapan xalqdır, ona görə də bu çətin vəziyyətin də bir çıxış yolu olacağına inanıram. Biz daşdan da pul çıxarmağı bacarırıq.

- Daşdan pul çıxarmaq? Sizcə, bu ifadə bizim böyük çətinlik içində yaşadığımızı göstərmirmi?

- Yox! Bu, bizim güclü olduğumuzu, məqsədyönlülüyümüzü göstərir. Nə qədər çətinliyimiz olsa da biz problemlərə qapanmırıq, dərhal bu problemlərin həlli yollarını axtarmağa çalışırıq. Sirr deyil ki, bu gün bütün media qurumlarının, istər saytların, istər qəzetlərin, istərsə də telekanalların əsas gəlir yeri reklamdandır. Əfsuslar olsun ki, bu gün saytlara dövlət tərəfindən maliyyə ayrılmır. Bəzi saytlar alırlar, bəziləri isə yox. Bizim saytlar sırf öz gücümüzə fəaliyyət göstərirlər, yəni, özümüz-özümüzü maliyyələşdiririk. Əlbəttə, əsas gəlir yerlərimiz reklamlar və şəxsi biznesimizdir.

- Bəzi saytlara dövlətdən pul ayrıldığını iddia edirsiz, amma rəsmi qaydada dövlət tərəfindən heç bir sayta pul ayrılmır. Bəs, həmin saytlara dövlət pulu hansı formada ayırır?

- Azərbaycanda o pulu almağın bir yolu var: yaxın tanışlıq. Bunun üçün ya yaxşı tanışların olmalıdır, ya da güclü ətrafın. Əgər bunlar yoxdursa, gərək öz gücünə hərəkət edə biləsən.

- Bəs, sizin belə yaxın tanışınız var?

- Mənim "daydayım" həmişə özüm olmuşam. Çalışmışam ki, həmişə öz gücümə nəsə əldə edim. Əgər böhran varsa və sənin yardım aldığın tanışını da bu böhran "vurubsa", sən öz ayaqlarının üstündə durmağı bacarırsansa, o zaman bilirsən ki, sənin öz gücün var. Bu zaman sən yox, sənin rəqiblərin kimlərdənsə asılı olur.

- Sıxışdırılma halları ilə üzləşirsiniz?

- Yox, belə hallarla üzləşmirik. Heç kəs bizi sıxışdırmır. Çünki çalışmışam ki, işimi həmişə dəqiq və peşəkar görüm. Peşəkar komandamız və peşəkar müxbirlərimiz var. Hər həftə jurnalistlərimlə də danışıram, məsləhətləşirəm. Əgər biz bu gün sırf reklam üzərində yaşayırıqsa, bu heç kəsi narahat etməməlidir. Biz heç kəsi "vurmuruq", heç kəsin haqqına girmirik. Biz fəaliyyətimizi elə qurmamışıq ki, kimsə bizə öz narazılığını bildirsin. Sadəcə çalışırıq ki, informasiyaları düzgün formada insanlara çatdıraq, bu gün nə baş verirsə, onu da yazıb yayımlayırıq. Əlbəttə, istisna hallarda bizi də məhkəməyə verən olub, məhkəməyə də layiqli cavabımızı vermişik. Bizi məhkəməyə verənlərin hamısını udmuşuq. Çünki haqq bizim tərəfimizdə olub. Biz həmişə doğrulardan yazırıq.

- Doğrulardan yazdığınızı deyirsiz. Bu "doğru yazmaq" "Bakı Azərbaycanın paytaxtıdır", "Qışda hava soyuq olur", şəklində olan xəbərlərdir, yoxsa, baş verən ictimai-siyasi proseslərin arxa tərəflərinə də işıq salırsınız?

- Biz obyektiv olmağa çalışırıq. Əgər xəbərin mənbəyi və xəbərin özü doğrudursa, bu xəbər təsdiqlənirsə, bu informasiyanın siyasi, mədəni, iqtisadi olmasından asılı olmayaraq yayımlayırıq. Əlbəttə, araşdırırıq, tapırıq və faktlar əsasında yazırıq. Biz oxucu təlabatı ilə hesablaşırıq və xəbər seçimində müxtəlifliyə üstünlük veririk. Çalışırıq ki, oxucunun təlabatına uyğun olaraq, insanları informasiyalarla təmin edək.

- Sizcə, KİV-lərə müəyyən təzyiqlərin olduğu vaxtda, hansı formada obyektiv olmaq mümkündür?

- İdeal heç nə yoxdur. Əlbəttə, iş olan yerdə nöqsan da olur. Hər bir işdə boşluqlar ola bilər. Hər şeyi də hakimiyyətin, yaxud kiminsə boynuna atmaq düzgün deyil. Hər şeyi hakimiyyətdən, dövlətdən gözləmək də doğru deyil. Bu gün Azərbaycanı ABŞ və Avropa ilə müqayisə edirlər. Avropa və Amerika uzun illərdən sonra bu qədər güclü olub. Azərbaycan isə 71 ildən sonra SSRİ-nin əsarətindən çıxdıqdan sonra – 1990-cı illərdən bu yana uğur qazanmağın, inkişaf etməyin yollarını axtarır. Azərbaycana mane olan amillər çox olub, gah Sovet Rusiyasının işğalına məruz qalıb, gah da digər xarici təhdidlərlə üzləşib. İşğallara məruz qalmışıq. Nəhayət, 1990-cı illərdən sonra inkişaf etmək üçün fürsət əldə etmişik. İstər media, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə inkişaf edə bilmişik. Sovetlər dönəmində dükanlar boş idi, çox şeyi ala bilmirdik, hər şeyi talonla satırdılar. 1990-cı illərin əvvəllərində isə küçələrə çıxmaq olmurdu. İndi 24 saat açıq olan dükanlar da var, hər şey də var.

- 24 saat açıq olan dükan inkişaf göstəricisidir?

- Müəyyən mənada inkişaf göstəricisidir. Rahatlıq olan yerdə inkişaf var. Bu gün Azərbaycanda inkişaf etmiş media varsa, bu gün Azərbaycan Avropada iştirak edirsə, idmanımız qabağa gedirsə, bunlar böyük uğurlardır, kiçiltmək olmaz. Demək ki, nəsə etmişik. Bununla fəxr edib, davam etmək lazımdır. Hər şeyə pis baxıb pessimist olmaq lazım deyil. Düzdür, bir sıra nöqsanlarımız var, amma bu boşluqları hamı bilir. Hər kəs öz işinin peşəkarı olsa, inkişafımız davamlı olacaq.

- Niyə rəhbərlik etdiyiniz saytlarda daha çox şou xəbərlərə üstünlük verirsiniz?

- Bu kommersiya xarakterlidir. Bu gün şou-biznes xəbərlərinə olan təlabat daha çoxdur. Bunun da səbəbini bilirəm. Məsələn, Azərbaycan qadınları ya mental dəyərlərimizə çox bağlıdırlar, ya da evləndikdən sonra həyat yoldaşları tərəfindən işləmələrinə icazə verilmir. Xanımlarımız daha çox evdə olurlar. Buna görə də şou-biznesə maraqları yaranır. Nəzərə alsaq ki, Azərbaycanda qadınların sayı daha çoxdur, demək ki, belə məlumatlara da daha çox təlabat var. Kişilərimizin də əksəriyyəti ali məktəblərə oxumaq üçün yox, sırf diplom əldə etmək üçün üz tutur. Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar. Buna görə də şou-biznesə maraqları yaranır, çünki şounu qavramaq onlara daha asan başa gəlir. Biz də təlabata uyğun formada fəaliyyət göstərməyə məcburuq ki, heç olmasa, bizim də reaklamlarımız olsun. Bu gün adi bir şou-biznes xəbəri siyasi və iqtisadi xəbərdən 15-20 dəfə çox oxunur.

- Bəs, niyə insanlarımız şouya meyillidirlər?

- Bu bizim mentalitetlə bağlıdır. Bu, birbaşa mentalitetlə bağlıdır. İnsanlar qapalı olan şeylərdən qaçırlar. Əgər mentalitet insanları çərçivəyə salırsa, buradan çıxmağa çalışırlar. Buna görə də hansısa müğənninin həyatı, şəxsi münasibətləri insanlara daha maraqlı gəlir. Amma bununla belə, xəbər müxtəlifliyinə də üstünlük veririk. Oxucuların hər təlabatı ilə hesablaşırıq.

- Özünüz haqqında nə fikirləşirsiniz?

- Kimliyim barədə yaxşı olardı ki, məni tanıyan kənar bir insandan soruşaydınız. Amma özüm haqda onu deyə bilərəm ki, hələ uşaq yaşlarından iş həyatına başlamışam. Özümü Azərbaycanda internet dünyasına yenilik gətirən bir şəxs və uğurlu iş adamı kimi təqdim edə bilərəm. Amma mənim haqda ən doğru sözü tanışlarım deyə bilərlər. Əgər insan özündən tamamilə əmin olsa və özündən başqa güclü olmadığını düşünsə, həmin an kimsə gəlib onu keçəcək. Özündəməminlik həmişə tənbəlliyə gətirib çıxarır. Buna görə də həmişə özümü tərifləməkdən qaçmışam, qorxmuşam. Daim öz üzərimdə işləmişəm, çalışmışam ki, hansısa bir pillədəyəmsə, sabah daha bir pillə yüksəlim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1862   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043