Şaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTO

Şaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTOYeni il ərəfəsində bir qrup könüllü gənc Şaxta Baba paltarı geyinərək Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 700-dən çox uşağa hədiyyə aparıblar.

BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, "Şaxta baba ucqar kəndlərdə" layihəsi çərçivəsində Bakıda toplanan hədiyyələr 23 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Artıq üçüncü ildir həyata keçirilən layihə ucqar kəndlərə, təbiət sahələrinə, yüksək dağlıq ərazilərə və Qafqazın zirvələrinə xüsusi turlar, ekstremal səfərlər təşkil edən "Camping Azerbaijan" ekoturizm təşkilatı tərəfindən reallaşdırılır.

Bu il hədiyyələrin paylanmasına 11 könüllü qoşulub. Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə yola çıxıblar.

Doqquz gün ərzində hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

Könüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.

Layihənin müəlliflərindən olan Cavid Qara bildirib ki, bu təşəbbüs çox maraqla qarşılanır. "İnsanlar adətən bizim hədiyyə paylamağımızdan çəkilən fotoşəkilləri, videoları izləyirlər. Bu aysberqin görünən hissəsidir. Əslində isə hədiyyələrin uşaqlara çatdırılmasına qədər olan daha çətin bir mərhələ var. Layihənin icrası üçün cox ciddi hazırlıq işləri görülür. Hədiyyələrin toplanması, çeşidlənməsi və paylanacağı ucqar kəndlərlə əlaqələrin qurulması işin əsas hissəsidir".

Cavid Qara bildirir ki, onlara müxtəlif yerlərdən qarışıq tipli oyuncaqlar, kitab dəstləri və başqa vəsaitlər təqdim olunur. Həmin hədiyyələr bir-bir nəzərdən keçirilir. "Şiddət aşılayan oyuncaqları, hansısa təbliğata xidmət edən yazılı, şəkilli vəsaitləri uşaqlara təqdim etmirik. Həm də hədiyyələrin keyfiyyətli olmasına xüsusi diqqət yetiririk. Keyfiyyətli hədiyyələri uzun müddət istifadə etmək olur. Ötən il verdiyimiz hədiyyələrin bu il uşaqların əlində görəndə çox sevinirik. Hədiyyələri öncədən planlaşdırılmış marşrut üzrə bir neçə məntəqədə yerləşdirik ki, yolboyu çantalarımızı dolduraq.

Gələcəkdə layihəni daha da genişləndirmək niyyətimiz var. Artıq üçüncü ildir ki, Quba və Qusarın ucqar kəndlərində hədiyyə paylayırıq. Hər ötən il sevindirdiyimiz uşaqların sayı artır. Məsələn layihəni başladığımız 2015-ci ildə 220 uşağa hədiyyə paylamışdıq. Bu il isə hədiyyə alan uşaqların sayı 700-dən çox oldu.

Şimal zonasındakı ucqar kəndləri seçməyimiz isə təsadüfi deyil. Biz ekoturizm şirkətində çalışdığımızdan bu regionu yaxşı tanıyırıq və burada yaşayan yerli əhali ilə sıx əlaqələrimiz var.

Layihənin coğrafiyasını genişləndirmək barədə də düşünürük. Amma işimizi könüllülük prinsipi əsasında qurduğumuzdan bu, heç də asan deyil. Layihəyə qoşulan könüllülər digər işlərini ən azı bir aylıq təxirə salmalı, qazancları ndan imtina etməli olurlar. Amma inanın ki, buna dəyər. Keçən il uşağların arzuladığı hədiyyənin siyahısını tutmuşduq. Biz bu layihəni uşaqların ehtiyaclarını qarşılamaq üçün yox, onlara sevinc bəxş etmək üçün həyata keçiririk", - deyə Cavid Qara bildirib.

Layihə çərçivəsində uşaqlara sponsor və könüllülərdən toplanan 6 min manat dəyərində hədiyyələr paylanılıb.

Şaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTOŞaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTOŞaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTOŞaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1822   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914