Tanınmış azərbaycanlı müğənninin qızı moda evi açır

Tanınmış müğənni Rəqsanənin qızı Aysu moda biznesinə başlayır. Açılışı may ayına nəzərdə tutulan moda evi hazırlığının ikin mərhələsini keçib. Rəqsanə xəbərin açılış ərəfəsində yayılmasını istəmişdi, amma Milli.Az bəzi detalları əvvəlcədən öyrənə bildi. Müğənni bizə bildirib ki, qızının bu ideyasının gerçəkləşməsinə qərar vermədən öncə çox düşünüb. Onu sınağa çəkib. Bunun keçici həvəs olmadığını anlayanda övladına dəstək olub:

"Əslində, mən Aysunu həkim olaraq görmək istəmişəm. Amma öz istəyini açıqlayanda qarşı çıxmadım. Əvvəlcə onu sınağa çəkdim. Eskizlər hazırladı, baxdım ki, başlanğıc üçün pis deyil. Sonra vizajist Nigar İbrahimova ilə görüşüb eskizləri ona göstərdim. Bəyəndi və bunun davamını vacib bildi. Aysu artıq bir müddətdir moda sahəsində püxtələşir. Eyni zamanda axtarışlarını aparır, yenilikləri öyrənir. Onu ictimaiyyətə formalaşmış və işini bilən biri kimi təqdim etmək istəyirəm".

Öyrəndik ki, moda evinin açılışı Rəqsanənin doğum gününə təsadüf edəcək.

"Doğum günüm mayın 25-dir. Açılış da həmin tarixə planlaşdırılıb. Açılışda sürpriz qonaqlar olacaq. Həmin qonaqlardan bir neçəsi Türkiyədən gələcək, onlar tanınmış sənət adamlarıdır", - deyən Rəqsanə hazırda moda evinə məxsus tikilinin ərsəyə gəldiyini dedi. Onun əlavəsinə görə, tikili çoxdan hazırdır və təmir işləri gedir:

"Moda evinə ad da seçilib - "Yar". Aysu düşünüb ki, bu ad həm də evlənməyə hazırlaşan cütlüklər üçün yaxın bir ünvan seçimi olacaq. Biz hazırlığın son mərhələsində mətbuatı dəyərləndirib xəbəri təfərrüatı ilə onlarla bölüşəcəyik və anons çarxının ilk yayımı onlara nümayiş etdiriləcək".

Özünün sənət həyatı və ona qədər olan mərhələdə çətin günlər yaşadığını diqqətə çatdıran Rəqsanə övladının iş həyatını hamarlaşdırır. O, hər zaman Aysunun arxasında olacağını xatırlatdı. Aysu isə öz növbəsində bildirdi ki, sözügedən moda evinin açılış mərasimi bir çox sürprizləri ilə yadda qalacaq. Bunlardan daha biri xaricdə çox məşhur olan modelyerin Bakıya səfərinin təşkilidir. Aysu artıq indidən adı açıqlanmayan həmin məşhurla danışıqlar aparıldığını bildirdi. O, nəticənin yaxın günlərdə bəlli olacağını diqqətə çatdırdı. Sonda vurğuladı ki, moda işinə həvəskar nöqteyi-nəzərdən baxmır və bu işdə yeni addımlarını atan biri kimi peşəkarların məsləhətinə ehtiyac duyur. O, Fəxriyyə Xələfova, Züleyxa Akçurina kimi tanınmışlardan məsləhət alacağını diqqətə çatdırdı

Tanınmış azərbaycanlı müğənninin qızı moda evi açırTanınmış azərbaycanlı müğənninin qızı moda evi açırTanınmış azərbaycanlı müğənninin qızı moda evi açır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15534   Tarix: 12 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 1013
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 608
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977