''8 mart''da hansı kişi müğənnilərimiz əllərini ciblərinə saldı
Elçin Hüseynov ilk olaraq xalq artisti Afaq Bəşirqızına gül hədiyyə edərək təbrik edib.
Azərbaycanlı müğənni Elçin Hüseynov 8 martda ilk təbrik etdiyi insandan söz açıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: "8 Mart Beynəlxalq Qadınlar Günündə ilk olaraq xalq artisti Afaq Bəşirqızına gül hədiyyə edərək təbrik etmişəm. Ətrafımda olan dostlarıma isə sms yazmışam".
Müğənni ailəsinə aldığı hədiyyələrdən də söz açıb: "Hər il olduğu kimi bu il də ailə üzvlərimi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdim. Onu da deyim ki, hədiyyələrim hər il fərqli olub. Bu il ailə üzvlərimdən olan qızlarıma, anama və xanımıma qızıl əşyası aldım. Aldığım hədiyyələrin ümümi dəyəri 3000 manat civarındadır", - deyə bildirib.
8 Mart günü Faiq Agayev Aygün Kazımovaya ürəyini açdı
Milli.Az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayev verilişlərin birində qonaq olaraq bütün xanımları təbrik edib. Sənət dünyasının "qaymaq" sənətkarlarının adlarını çəkən 100% F.A, ən özəl təbriklərini uzun illər dostluq etdiyi xalq artisti, pop-diva Aygün Kazımovaya ünvanlayıb, sanki həmkarına ürəyini açdı:
"Açığı, bu səhər çox qəribə hadisə baş verdi. Səhər saatlarında Aygünün mobil telefonuma zəng edəcəyini heç gözləmirdim. Canlı yayıma tələsdiyim üçün əvvəl bayramını təbrik etməyi unutdum. Sonra özü dedi ki, bəlkə təbrik edim? Zarafat gəlməsin, tam 24 ildir ki, dostluğumuz davam edir.
Bir məsələyə toxunmaq istəyirəm. Son günlərdə mətbuatda 400 min manatlıq avtomobil alması müzakirə mövzusuna çevrilib. Mən onun bu addımı atmasına haqq qazandırıram. İllər uzunu istedadı və bacarığı nəticəsində əldə etdiyi naz-nemət onun məntiqli qazancıdır. Bahalı avtomobillərdən, brend geyimlərdən Aygün istifadə etməsin, kim yararlansın? O, zəhmətkeş qızdır. 24 illik səhnə təcrübəsi olan xalq artisti kimi Aygün nə etsə, halaldır. Birmənalı olaraq superpeşəkardır. Görkəmli mügənni və aktrisadır. Mənim Aygünə olan məhəbbətim səmimi ve sıcaqdır".
Maraqlıdır, görəsən, pop-diva bu sevgi etiraflarına cavab olaraq nə deyəcək?
8 Mart Beynəlxalq Qadınlar Günü müğənni Elariz 300 manat xərcə düşüb.
"8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə həyat yoldaşıma və qızlarıma hədiyyə almışam", -deyə Elariz bəy bildirib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Xanımımı və qızlarımı öpüb qucaqlayaraq təbrik etmişəm. Builki 8 Mart Beynəlxalq Qadınlar Günü mənə 300 manata başa gəlib. Əsas odur ki, ailəm hər zaman yanımdadır".
Elariz Məmmədoğlu həmkarlarını təbrik etdiyini də vurğulayıb: "8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın sənət dostlarıma zəng vuraraq təbrik etmişəm. Onlar arasında xalq artistləri Nazpəri Dostəliyeva, Flora Kərimova, Elmira Rəhimova olub", - deyə o, əlavə edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş