Azərbaycanda 5 ay əvvəl ailə quran cütlük qəzaya düşdü - 26 yaşlı ər öldü

Azərbaycanda 5 ay əvvəl ailə quran cütlük qəzaya düşdü - 26 yaşlı ər öldü

Bu gün günorta saatlarında Neftçala rayonunun Aşağı Surra kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kənd sakini, 26 yaşlı Xəyal Ağahüseyn oğlu Sirusun idarə etdiyi “Priora” markalı avtomaşın yaşadıqları kəndə dönmək istəyərkən qarşıdan gələn “Mercedes” markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü və 21 yaşlı həyat yoldaşı Nuranə Vahid qızı Kərimova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin ciddi səyinə baxmayaraq, sürücü Xəyal Sirusun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzaya uğrayan cütlük 5 ay əvvəl ailə qürubmuş.

Faktla bağlı araşdırmalara başlanılıb.//Virtualaz.org

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1506 Tarix: 31.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
vetenperver
vetenperver 31.12.2017
5yox 6 ay.işdən evə şəhərə qayıdanda qabagımda oldu.mercedes sürücüsü ickili idi.yolda dirəşdi mənlə yol verdım sürəti azaltdımki şərin uzaq etsin..oda kecib qabagda dönmək isteyen prioraya vurdu..günah priorada idi gözləmədi..bu bedbaxtda sürətlə gedirdi


 
Feminaimortalis
Feminaimortalis 31.12.2017
en qorxdugum sey aile qurandan az muddet sonra olmekdi


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər