"Koroğlu" metrosundan istifadə edənlərin NƏZƏRİNƏ!

"Koroğlu" metrosundan istifadə edənlərin NƏZƏRİNƏ!"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

BiG.AZ-ın məlumatına əsasən, bunu APA-ya "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: "Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu" stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün "Koroğlu" stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, hal-hazırda tikinti işlərinə yeni başlanılıb: "İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr yarana bilər. Lakin bunlara baxmayaraq, gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1774   Tarix: 26 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260