Tanrıverdi Mustafayev: "Küçələrin işıqlandırılması yerli İcra Hakimiyyətlərinin balansındadır"

Tanrıverdi Mustafayev: "Küçələrin işıqlandırılması yerli İcra Hakimiyyətlərinin balansındadır"Bu dəfəki "Müsahibə" rubrikamızın qonağı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir.

Xoş gəlmisiniz Tanrıverdi müəllim. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkürümüzü bidliririk. Hazırsınızsa müsahibəmizə başlayaq.

Xoş gördük. Mən sizə təşəkkür edirəm. Əlbəttə, başlayaq.

-Tanrıverdi müəllim bəzən şahidi oluruq ki, dövlət idarələrindən nöqsanlar yazılanda, problemlər ictimailəşdiriləndə onun həllindən çox, informasiyanın silinməsinə "diqqət" ayrılır. Sizdə vəziyyət necədir?

-Biz yayılan informasiyanın qarşısnı necə ala bilərik? Bu qeyri-mümkündür. Kiminsə işıqla bağlı problemi olur, bizə məlumat verilmir amma jurnalistlər bunu yazırlar. Sonda da qeyd edirlər ki, mövqelərini dərc etməyə hazırıq. Bəs biz bundan dolayısı yollarla xəbər tuturuqsa problemin həllinə necə kömək edə bilərik? Məsələn jurnalistlər var ki, bizə məlumat verirlər, biz də araşdırırıq, əgər həll olan məsələdirsə dərhal yoluna qoyuruq, həll olmayan məsələlər barəsində də açıqlama, izzah veririk. Lakin biz heç bir informasiyanın yayılmasına qarşı çıxmırıq, əksinə insanların məlumatlanmasının lehinəyik. Biz tənqidlərdən, iradlardan qorxmuruq.

Ola bilər ki, biz nəyəsə diqqət etmiyə bilərik, nəzərimizdən nələrsə qaça bilər. Bu işdə jurnalistlərin də üzərinə böyük bir missiya düşür ki, məlumat alsınlar, paytaxtımızdan bölgələrimizdən və bizimlə dəqiqləşdirməklə ictimailəşdirsinlər. Tənqid olunacaq məqamlarımız varsa buyurub tənqid etsinlər. İş və fəaliyyət olan yerdə nöqsan və tənqid olmalıdır. Tənqid işimizin inkişafı deməkdir.

Lakin bu gün "Azərişıq" ASC-nin strukturu mərkəzdən tutmuş bölgələrə qədər elə formalaşıb ki, orada hər bir kəs müvafiq nizamnaməyə uyğun şəkildə fəaliyyət göstərir. "Azərişıq" ASC-də 5 departament var, hər departamentin də öz idarələri var, idarələrin də şöbələri var. Hərhansısa bir nöqsan olduğu zaman bunlar hər biri detallarına kimi araşdırılır və müvafiq tədbirlər görülür.

-Qəza xidmətiniin də fəaliyyətindən ciddi narazılıqlar var. Müraciətlərə vaxtında gedilmir, qəza zamanı səhlənkarlıq edirlər. Dəfələrlə bu barədə bizim də redaksiyamıza müraciətlər daxil olub, dəfələrlə bu barədə mətbuatda məlumatlar dərc edilib.

-"Azərişıq" ASC-nin çağırış xidməti 24 saat fəaiyyət göstərir. Çağırış olan zaman heç 2 saat da gecikmək olmaz. Dərhal şəkildə hadisə yerinə yetişməlidirlər. Bəzən olur ünvanı tapmaqda çətinlik çəkirlər, bəzən isə gecə saatlarında çağırış gəlir, əməkdaşımız abonentin evinə daxil olmaqda çətinlik çəkir və belə problemlər yaşanır. Digər hallarda şirkətimiz sürətli avtomobillərlə təmin edilib ki, hadisə yerinə vaxtında çata bilsinlər. Hətta ucqar rayonlarda sərbəst hərəkət etmək üçün xüsusi avtomobillər də istifadəyə verilib. Bu avtomobillər iqlim şəraitinə uyğun olaraq manevr etmək qabiliyyətinə malikdirlər.

-Qəza xidmətinin maşınları xüsusi sayrışan işıqlarla təmin edilib. Bəs yol polislərimiz bunu nəzərə alaraq güzəştlər edirmi?

-Hesab edirəm ki, bu suala şirkətin hüquq şöbəsi cavab verməlidir. Çünki bu məsəə hüquqi bir məsələdir və ən doğrusunu onlar bilərlər.

-Bir neçə gün öncə Xəzər rayonu, Qala qəsəbəsində sakinlər yolu kəsmək istəyiblər. Məsələ isə sırf elektrik enerjisinin təchizatında yaranan fasilələr səbəb olub. Bununla bağlı açıqlama verə bilərsinizmi?

-Onlar yolu kəsməyiblər sadəcə buna cəhd ediblər. Məndə olan məlumata görə orada yenidənqurma işləri ilə əlaqədar olaraq elektrik enerjisinin təchizatında fasilələr yaranıb. Bu barədə ictimaiyyətə məlumat verilməmişdi. Lakin çox vaxt biz gördüyümüz işlər barədə ictimaiyyəti məlumatlandırırıq. Qala qəsəbəsindəki yenidənqurma işləri ilə əlaqədar olaraq işlər dekabr ayının 23-ünə qədər yekunlaşmalı idi. Mən yenidənqurma işləri ilə bağlı dəqiq maraqlanıb sizə məlumat verəcəyəm. Böyük ehtimalla yaranan problem aradan qaldırılıb.

- Bir neçə gün öncə qış rejiminə keçildi. "Azərişıq" ASC qış rejiminə hazırdırmı?

-Biz mövsümlə işləmirik. Fəsillərdən asılı olmayaraq "Azərişıq" ASC hər zaman abonentlərini elektrik enerjisi ilə fasiləsiz təmin etməyə hazırdır və bu istiqamətdə səylərini əsirgəmir.

-Bəs 2017-ci ilin son günlərini yaşayırıq. Bu il ərzində abonentlərin sayında artım nə qədərdir?

-Hər il artım müşahidə edilir. Məlumat üçün qeyd edim ki, biz ASAN xidmətlə, ASAN kommunalla sıx əməkdaşlıq edirik. Yeni abunəçilər ASAN xidmətə müraciət edirlər. Biz də müştərək şəkildə abonentlərimizi qeydə alırıq. Elə olur bir rayondan gün ərzində 60-70 şəxs abonent olmaq üçün müraciət edir və biz onları qeydə alırıq.

-Bir çox qurumlar bu gün ziyanla işləyir və bu səbəbdən də qiymət artımına zərurət yaranır. Tarif şurasına göndərilən müraciət əsasında qiymətlərə baxılır. Bu gün elektrik enerjisinin qiymətində artım gözlənilirmi?

-Bizim tərəfimizdən Tarif Şurasına heç bir müraciət edilməyib. Qiymət artımının olması ilə bağlı heç bir məlumat yoxdur və gözlənilmir. Bu gün nə qədər tələbat varsa o qədər də tələbat ödənilir. Sadəcə müəyyən mənada abonentlərin ödənişində ləngimələr olur, bu da təbii ki, əsaslı səbəblərdən yaranır. Elə insan var ki, məzuniyyətdə, ezamiyyətdə olur ödənişi bir neçə gün gecikdirir. Ümumilikdə isə vaxtlı vaxtnda ödənişlər edilir.

-Son olaraq bizə daxil olan və qeyli sayda abonentin problem yaşadığı bir məsələyə aydınlıq gətirək. Abunəçinin evinin qarşısından keçən yolun işıqlandırılması öz hesabına həyata keçirilməlidir, yoxsa dövlət hesabına?

-Küçələrin işıqlandırılması yerli icra hakimiyyətlərinin balansındadır. Küçələrin işıqlandırılmasına icra hakimiyyətləri cavabdehdir. Əgər hər hansısa bir yolun işıqlandırılması zamanı xəttlər vətəndaşın sayğacına birləşdirilibsə dərhal bizə müraciət edərək həmin xətti kəsdirə bilər. Belə hallar olarsa bizə dərhal müraciət edilməlidir.

Müsahibə üçün bir daha təşəkkürlər Tanrıverdi müəlim. Sİzə və timsalınızda "Azərişıq" ASC-yə işlərində uğurlar arzu edirik.

Mən də sizə və kollektivinizə uğurlar diləyirəm. Necə deyərlər "Yolunuz işıqlı olsun".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2502   Tarix: 26 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876