Rusiya prokurorluğu Anarla bağlı açıqlama yaydı

Rusiya prokurorluğu Anarla bağlı açıqlama yaydıRusiyada dünya çempionunun ölümündə günahlandırılan Anar Allehverənovla bağlı Rusiya Federasiyası Baş Prokurorluğu Dünya Azərbaycanlıları Assambleyasına müraciət ünvanlayıb.

Dünya Azərbaycanlıları Assambleyasından BiG.AZ-a verilən məlumata görə, Assambleyanın sədri Rəşad Quliyevə ünvanlanan müraciətdə bildirilib ki, prokurorluq hadisəni araşdıran Xabarovsk əyalətinin prokurorluq orqanı qarşısında məsələ qaldırıb və məsələnin tam aydın və qərəzsiz araşdırılması üçün tapşırıq verilib:

"Avropa və dünya çempionu Andrey Draçovu öldürməkdə təqsirli bilinən Anar Allahverənovla bağlı etdiyiniz müraciətlə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin qarşımızda qaldırdığı məsələ ilə bağlı Rusiya Baş Prokurorluğu olaraq tərəfimizdən işin araşdırılması ilə məşğul olan Xabarovsk əyalətinin prokurorluq orqanı qarşısında məsələ qaldırılıb. Qaldırdığınız məsələ ilə əlaqədar hadisənin hərtərəfli araşdırılaraq, qeyd etdiyiniz məsələlər də daxil olmaqla, yerli prokurorluq orqanının məsələnin tam təfərrüatının araşdırılıb hansı qərar qəbul etdikləri ilə əlaqədar sizə məlumat verilməsi tərəfimizdən tapşırılıb".

Xatırladaq ki, avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə rusiyalı dünya çempionu Andrey Draçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəfin bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin "milli münaqişə" kimi təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib. Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarına müraciətdə baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, insidentin milli deyil, məişət zəminli münaqişə kimi qiymətləndirilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1667   Tarix: 23 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 295
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 181
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 391
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 316
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 218
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 515
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 282
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 269
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 226