"Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır" - Sui-istifadə

"Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır" - Sui-istifadəAzərbaycanın yerli quşçuluq fabrikləri ölkə bazarlarını keyfiyyətli yumurta ilə təmin edə bilərlər.

Dövlət Gömrük Komitəsi Azərbaycandan xaricə ixrac olunan yumurtanın sayı və ixrac qiyməti barədə açıqlama verib. Komitənin mətbuat xidmətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində toyuq yumurtasının 0,1 sentə ixrac edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Komitə toyuq yumurtasının ixracı ilə bağlı ictimaiyyətə və mətbuata ümumiyyətlə hər hansı rəqəm açıqlamayıb və mənbəyi məlum olmayan bu rəqəmlər hər halda müəllifin təxəyyülünün məhsuludur".

Toyuq yumurtasının ixracı ilə bağlı rəqəmlərə gəlincə isə Komitənin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 352 min 710 ABŞ dolları dəyərində 7 milyon 052 min 040 ədəd yumurta ixrac edilib ki, bu da yumurtaların bir ədədinin təqribən 8.5 qəpikdən ixrac olunduğu deməkdir. Qurum "arzulayanlara" ixrac edilən yumurtanın qiymətini müəyyənləşdirmək məqsədilə bu rəqəmlər əsasında hesablama aparmağı tövsiyə edir.

Qeyd edək ki, toyuq yumurtasının ölkə daxilində xaricə ixrac edildiyindən iki dəfə baha qiymətə satılması cəmiyyətdə ciddi narazılıq yaradıb.

"Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır" - Sui-istifadəAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bütün bunlara səbəb biznes qurumlarının azad bazar iqtisadiyyatından sui istifadə etməsidir:

"Bu problemlər 2011-ci il yanvarında prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərin və ölkədə şişirdilmiş qiymətlərin olması ilə bağlı iddialarının əsaslı olduğunun sübutudur. Cənab prezident ölkədəki inhisarçılıq və karter sövdələşmələrinə son qoyulması ilə bağlı göstəriş vermişdi, ancaq bəzi məmurlar yenə də öz bildiklərini edirlər. Buna görə də, Azərbaycan yaxın ölkələrlə müqayisədə ən bahalı ölkə kimi təqdim edilir. Ölkə başçısının da qeyd etdiyi kimi karter sövdələşmələri var ki, iş adamları yığılıb birgə razılığa gələrək, məhsullarını yüksək qiymətə təklif edirlər. Bunun qarşısı alınmalıdır".

E.Hüseynovun sözlərinə görə, Azərbaycanın yerli quşçuluq fabrikləri ölkə bazarlarını keyfiyyətli yumurta ilə təmin edə bilərlər.

Lakin Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır və əksər hallarda da arzuolunmaz yumurtalar Azərbaycan bazarlarına daxil olur. Əhaliyə yerli yumurtalar almağı tövsiyyə edirəm. Mümkün qədər tərkibi məlum olmayan xarici yumurtalardan uzaq olsunlar.

AİB sədri deyib ki, yumurtaların ölkə bazarlarda baha qiymətə satılıb xarici ölkələrə ucuz qiymətə idxal olunması azad bazar iqtisadiyatında biznes qurumlarına yaradılan şəraitdən sui- istifadənin göstəricisidir:

"Deməli, ölkədə istehlakçıların haqları zəif qorunur. Dünən Ombudsman aparatında bu barədə çıxışım da olub ki, dövlətin istehlakçılaın hüquqlarının müdafiəsi ilə bağlı siyasəti dəyişməlidir. Ancaq ondan sonra bazarlarda qiymət də düşəcək, satılan malların keyfiyyəti də artacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 22 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 206
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 248
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 169
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 485
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 335
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 270
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 594
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 253
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 179