Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir? - FOTOLAR

Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir? - FOTOLARMəlum olduğu kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

BiG.AZ prosport.az-a istinadən xəbər verir ki, iclasda cəmi 3 qərar qəbul edilib.

Bu qərarlardan biri onsuz da bəlli idi. Söhbət aşağı yaş qrupları üzrə 5 milliyə baş məşqçi təyinatlarının təsdiqlənməsindən gedir. Digər qərar Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun ərazisində 2, Bakı Olimpiya Stadionunun daxilində isə 1 təbii örtüklü meydançanın salınması ilə bağlı idi.

3-cü qərar isə həm gözlənilən, həm də bir o qədər də gözlənilməz oldu. "Keşlə"nin icraçı direktoru Rəmiş Malıyevin Oyunçuların Statusu və Transferi Komitəsinin sədrliyindən uzaqlaşdırılması onun AFFA-da dayaqlarını itirməsindən xəbər verir. AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun "Keşlə"nin Müşahidə Şurasının sədri olduğu və Rəmiş Malıyevdən o qədər də xoşu gəlmədiyi çoxlarına bəllidir. Böyük ehtimalla, Malıyevin bu postdan uzaqlaşdırılması və ancaq klubda işinə adaptasiya olunmasını istəmək təşəbbüsü də elə Axundovdan gəlib.

Beləliklə, AFFA-nın sabiq baş hüquqşünasının artıq bu qurumla olan-qalan əlaqələri də kəsilmiş oldu. Onun yerinə isə bu komitənin üzvü Nailə Rüstəmzadə gətirildi. Bəs Nailə Rüstəmzadə kimdir?

Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir? - FOTOLARNailə Rüstəmzadənin adı ilk dəfə futbolda ötən il çəkilib. Belə ki, bu xanım 2016-cı ilin martın 11-də "Bulvar" otelində keçirilən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Oyunçuların Statusu və Transferi Komitəsinin heyətində yer alıb. Ümumiyyətlə, həmin komitənin üzvləri arasında yeganə futbola naməlum şəxs Nailə Rüstəmzadə olub. Sədr Rəmiş Malıyev ("Keşlə"nin icraçı direktoru), Musa Qurbanov ("Zaqatala" klubunun Müşahidə Şurasının sədri), Zamiq Hüseynov (PFL-in Texniki İdman Şöbəsinin rəisi) və Orxan Hüseynzadə ("Neftçi" PFK-nın prezidenti) futbol ictimaiyyətinə tanış simalardır. Ancaq Nailə Rüstəmzadə yox.

Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir? - FOTOLARNailə xanım Qərb Universitetinin məzunudur, hüquqşünasdır. Onun 2006-cı ilə "Beynəlxalq Hüquq" adlı kitabı işıq üzü görüb. İspan dilini bilir. Təsadüfi deyil ki, o, 2008-ci ilin martında Meksika xarici işlər nazirinin müavini Mariya De Luardes Aranda Beasurinin Bakıya səfəri zamanı 2 ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi kimi Meksika Diplomatik Akademiyasında "Meksika və Latın Amerikası dövlətlərinin xarici siyasəti" mövzusunda 1 aylıq təlim kurslarına dəvət olunub. Həmçinin Rüstəmzadə vaxtı ilə İspaniya Krallığındakı səfirliyimizdə 3-cü katib vəzifəsində də çalışıb.

Yeri gəlmişkən, Nailə Rüstəmzadənin İspaniyada Hüquq-Biznes Məktəbində "Beynəlxalq İdman Hüququ" fakültəsinin məzunu olub. Həmçinin onun İspaniyada "Diplomatiya və Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistr dərəcəsi də var.

Doğum tarixi bizə bəlli olmasa da, gənc kadr olduğunu deyə bilərik. Hələlik, Nailə Rüstəmzadə haqqında əldə etdiklərimiz bunlardır. Onu da qeyd edək ki, bu adam belə sürətli irəliləyişlə yaxın zamanda AFFA-nın Hüquq Şöbəsində sədr olsa, təəccüblənmərik. Əslində savadlıdırsa və işini Rəmiş Malıyevdən daha keyfiyyətli görürsə, niyə də olmasın? Savadlı kadra hər yerdə ehtiyac var.
Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir? - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4244   Tarix: 21 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669