Putin yenidən Rusiya prezidenti oldu

Putin yenidən Rusiya prezidenti oldu

Ötən gün (4 mart) Rusiya Federasiyasında keçirilən prezident seçkisinin ilkin nəticələri məlum olub. Rusiya KİV-lərinin yaydığı məlumata görə, “Vahid Rusiya” partiyasının lideri Vladimir Putin rəqiblərindən açıq fərqlə öndədir.

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK), səsvermənin ilkin nəticələrinə görə, “Vahid Rusiya” partiyasının lideri, Baş nazir Vladimir Putin 61,81 faiz, kommunistlərin lideri Gennadi Zyuqanov 17, 85 faiz, liberal-demokratların lideri Vladimir Jirinovski 8,1 faiz, bitərəf Mixail Proxorov 7,55 faiz, “Ədalətli Rusiya” partiyasından olan namizəd Sergey Mironov isə 3,67 faiz səs topladığını bildirib.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, namizədlərdən heç biri ümumi səslərin 50 faizdən çoxunu toplaya bilməsə, 2-ci tur seçki keçirilir. “Exit-poll” nəticələri isə buna ehtiyac olmadığını göstərir.

Xatırladaq ki, martın 4-də Rusiyada keçirilən prezident seçkisində 5 namizəd mübarizə aparıb. Bunlar hakimiyyətin namizədi, indiki Baş nazir Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasından Sergey Mironov və milyarder Mixail Proxorovdur.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3241 Tarix: 05.03.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər