"Ramiz valideyinlərimin qəbri üstə diz çöküb, üzr istəsə bağışlayacam" - Məleykə Əsədova

"Ramiz valideyinlərimin qəbri üstə diz çöküb, üzr istəsə bağışlayacam" - Məleykə ƏsədovaBu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə yalnız R.Məlik iştirak edib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib.

Mülki iddia icraata qəbul edilib.

Daha sonra M.Əsədovanın vəkili çıxış edib. O bildirib ki, R.Məlik müvəkkilini təhqir edib: "Ramiz müəllim mətbuatda verdiyi açıqlamasında Məleykə xanımı alçaldıb. O deyib ki, guya Məleykə Əsədovanın anası fahişə olub və atası da buna görə onu boşayıb. Həmçinin Ramiz Məlik Məleykə Əsədovanın geyimi ilə bağlı da danışıb. Müvəkkilim söyləyib ki, əgər Ramiz Məlik onun valideynlərinin qəbri üstünə gedib diz çöküb, onlardan üzr istəsə, onu bağışlayacaq. Ramiz müəllim deyib ki, "guya o uşağı da sən doğmusan?". "Kimisə bir günlük stola çıxardıb özünə toy etdirib" deyib. Əgər Ramiz Məlik üzr istəsə Məleykə xanım onu bağışlayacaq".

T.Süleymanlı qeyd edib ki, R.Məlik M.Əsədovanı təhqir etməyib: "Məleykə Əsədova onun evinə zəng edib ailəsini təhqir edib və nəvələrini oğurlatdıracağını bildirib".

R.Məlik də çıxışında söyləyib ki, M.Əsədovanı təhqir etməyib: "Mən onun mətbuatda geyindiyi "şortik"ə görə özünə yazmışam. O da götürüb evə zəng edib ailəmi təhqir edib. Nəvələrimi oğurlatdıracağını deyib. Evə gələndə xəstə olan yoldaşım bu barədə dedi və mən də.əsəbləşdim. Bu zaman kimsə zəng etdi və mən də əsəbi olduğuma görə dedim. Ona iradım bu olub ki, teatrın adına söz gəlməsin. Əvvəl mətbuatda üzr istədim, sonra məni təhqir edib məhkəməyə verdi. Bu məsələyə son qoyulmasını istəyirəm".

Məhkəmənin növbəti iclası 2018-ci ilin yanvar ayının 8-nə təyin edilib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edir. O, məhkəməyə müraciət edərək, həmkarından 200 min manat məbləğində təzminat istəyir.

mənbə: report.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1903   Tarix: 19 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271