"Beşiktaş" "Qarabağ"ın futbolçusunu transfer edir

"Beşiktaş" "Qarabağ"ın futbolçusunu transfer edir

"Qarabağ”dakı çıxışı ilə diqqətləri üzərində toplayan Mahir Mədətov "Beşiktaş”ın maraq dairəsindədi.

Şenol Günəş da futbolçuya göz qoyub, hətta Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb. Bu barədə məlumatı "Futbol+” qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, "Qarabağ” rəhbərliyi və Qurbanov özü də gənc futbolçunun legioner həyatı yaşamasında maraqlıdı. Keçidin detalları danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Bu məqsədlə İstanbuldan Bakıya "Beşiktaş”ın rəsmiləri gəlir. Qonaqlar artıq bu gün paytaxtımızda olacaqlar.

mənbə: fanat.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 719 Tarix: 18.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər