"Ölkədə istehsal olunan quş və quş ətlərinin ƏDV-dən azad olunsun" - Deputat

"Ölkədə istehsal olunan quş və quş ətlərinin ƏDV-dən azad olunsun" - DeputatVergi Məcəlləsinin "Vergi ödəməkdən azad edilmə" ilə bağlı 164-cü maddəsinə edilən dəyişiklik təqdirəlayiq hal olsa da, lakin Məcəlləinin bəzi bəndləri arasında bir-biri ilə uyğunsuzluq da mövcuddur. Bu qanunauyğunsuzluq da ondan ibarətdir ki, broyler quşları diri şəkildə kənd təsərrüfatı məhsulu adlanır və heç bir vergiyə cəlb olunmur, ancaqkəsilib satılarkən isə avtomatik olaraq vergi obyektinə çevrilir. Ona görə də bu uyğunsuzluq aradan qaldırılmalıdır".

BiG.AZ gununsesi.info-ya istinadən xəbər verir ki, belə bir təkliflə deputat İqbal Məmmədov çıxış edib.

"Sevindirici haldır ki, Vergi məcəlləsinin ölkəmizin iqtisadi inkişafı üçün mühüm yerə malik olan "Vergi ödəməkdən azad edilmə" ilə bağlı 164-cü maddəsinə yeni bir bəndin də əlavə edilməsi təklif olunur. Bu kimi əlavələr yalnız alqışlanmalıdır. Ancaq təəssüf ki, bu məcəllənin bəzi bəndləri arasında bir-biri ilə uyğunsuzluq da mövcuddur.

Belə ki, Vergi Məcəlləsinin 164.1.18.-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 5 il müddətinə bütün növ vergi ödənişindən azaddır. Amma, ötən il Vergi Məcəlləsinə dəyişiklik edilərkən həmin qanunun işləməsini məhdudlaşdıran 13.2.61.1 – ci maddəni də qəbul etmişik. Belə ki, bu maddəyə əsasən: istehsal olunan (o cümlədən sənaye üsulu ilə xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Sadə dildə açıqlamış olarsaq: broyler quşları diri şəkildə kənd təsərrüfatı məhsulu adlanır və heç bir vergiyə cəlb olunmur, kəsilib satılarkən isə kənd təsərrüfatı məhsulu sayılmır və avtomatik olaraq vergi obyektinə çevrilir"- deyə, deputat vurğulayıb.

O əlavə edib ki, bildiyimiz kimi broyler fabriklərində yetişdirilmiş quşların texnologiyaya uyğun olaraq diri şəkildə satışı qadağandır.
Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyim maddələri arasında yaranmış uyğunsuzluğu nəzərə alaraq, millət vəkili Məcəllənin 13.2.61.1-ci maddəsin yenidən baxılmasını və yuxarıda adı çəkilən kənd təsərrüfatı məhsullarının, xüsusən də broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə saxlanılan canlılarin ƏDV azad olunması və bu məhsullra "0" dərəcə şamil olunmasını təklif edirəm.

"Kənd təsərrüfatı istehsalı ilə məşğul olan müəssisələr ƏDV-dən azad olduğu halda ƏDV ödəyicisi olmadığına görə ödədikləri kommunal və mal-material üçün ƏDV-ni maya dəyərinə daxil edirlər. Bu da ölkə daxilində istehsal olunan kənd təsərrüfatı məhsullarının bahalaşmasına öz təsirini göstərir.

Qeyd olunanlarla əlaqədar olaraq təklif edirəm ki, kənd təsərrüfatının ƏDV-dən azad olunması "0" dərəcəyə şamil edilsin. Çünki, kənd təsərrüfatı məhsullarında ƏDV-nin mənbəyi olmadığına görə kənd təsərrüfatı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən satılan məhsula ƏDV şamil edilmədiyi kimi, istifadə etdikləri xidmət və malların dəyərinin ödənilməsinə də ƏDV tətbiq olunmamalıdır. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının satış qiymətinə öz müsbət təsirini göstərəcəkdir"- deyə, deputat bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 16 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 125
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 345
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 450
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 223
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 277
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 624
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 595
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 489
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 313