"Qarabağ" gözlənilmədən mübarizəni dayandırdı – VİDEO

"Qarabağ" gözlənilmədən mübarizəni dayandırdı – VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

1/4 final mərhələsinin sonuncu qarşılaşmasında “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki ,bu komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə, “Sumqayıt” klubu yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində “Sumqayıt”dan əlavə “Keşlə”, “Neftçi” və “Qəbələ” klubları mübarizə aparacaq.

mənbə: oxu.az


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 1245 Tarix: 15.12.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər