Yasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə - VİDEOREPORTAJ

Yasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə - VİDEOREPORTAJBakının Yasamal rayonu ərazisində, "Qanlı Göl" yaşayış massivinin yaxınlığından keçən magistral yolda piyada keçidinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, massivin ərazisində tez-tez piyada ölümləri və xəsarət almaları ilə nəticələnən yol qəzaları baş verir.

Hazırda "Qanlı Göl" yaşayış massivində, təxminən, 2000 nəfər yaşayır və ərazidə piyada keçidinin qoyulması üçün müvafiq qurumlara müraciət edilib.

Ötən gün sakinlər 15 yaşlı qızın avtomobillə vurularaq ölməsindən sonra etiraz əlaməti olaraq bir yerə toplaşıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib və sakinlər yol kənarından uzaqlaşdırılıb. Onlar bu cür hadisələrin bir daha baş verməməsi üçün piyada keçidinin quraşdırılmasını tələb ediblər.

Sakinlər "Report"a bildiriblər ki, eyni gündə bu ərazidə iki piyadanı avtomobil vurub: "Belə ki, səhər saatlarında bir fəhləni avtomobil vurub və xəstəxanaya yerləşdirib. Digər piyadanı - 15 yaşlı qızı avtomobil vuraraq öldürüb. Biz dəfələrlə ərazidə piyada keçidinin qurulması və ya sürət həddinin aşağı salınması üçün müvafiq qurumlara müraciət etmişik. Axı biz nə edək? Burada avtobus nişanı var, yəni dayanacaq kimi istifadə edirik. Digər tərəfdən, avtobusdan düşən yolun qarşı tərəfinə keçməlidir. Yaşayış massivinin içərisinə daxil olan avtobus da yoxdur. Xahişimiz nəzərə alınmır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 643
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 367
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığ

12:34 321
.

İsrail ordusu İordan çayının qərb sahilində evlərə basqın ediblər-VİDEO

İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin bəzi şəhər və qəsəbələrinə basqın edib. BİG.AZ xəbər verir ki, həmin ərazidə çoxlu sayda fələstinlini həbs edilib. İsrail işğalçıları aprelin 12-dən İordan çayının qərb sahilindəki Muğayyir kəndində də evləri və torpaqlar

14:11 0
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16:28 151
.

9 ton dəmir yeyib 57 il yaşadı

Mişel Lotito 57 illik həyatı ərzində məşhurlaşaraq Ginnesin Rekordlar Kitabına düşə bilib. Onu bu kitaba salan gördüyü hər şeyi yeməsi olub. xarici KİV-ə istinadən xəbər verir ki, təəccüblü deyil, çünki onun yediyi bütün metal qırıntılarını toplasanız, onun mədəsindən Cessna təyyarəsinin keçdiyi məlu

15.04.2024 608