Siyavuş Novruzov sabiq nazir haqda: "Adını çəkmək istəmirəm, buna layiq deyil"

Siyavuş Novruzov sabiq nazir haqda: "Adını çəkmək istəmirəm, buna layiq deyil"Milli Məclisin bu gün keçirilən plenar iclasında "Silahlı Qüvvələr haqqında" qanun layihəsinin 2-ci oxunuşu davam etdirilir.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov bəzi həmkarlarının Silahlı Qüvvələr üzərində ictimai nəzarətin təmin olunması haqqında təkliflərinə münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Silahlı Qüvvələr üzərində nəzarət birbaşa olaraq prezidentə tabedir və lazımi vəziyyətdə müəyyən tapşırıqları verməyə qadirdir.

Millət vəkili həmçinin, QHT-lərin və digər ictimai təşkilatların Silahlı Qüvvələrə nəzarətdə iştirakının təmin olunması ilə bağlı olan təkliflərə narazı olduğunu da deyib:

"Əgər belə bir mexanizm yaradılsa, nəzarətdə iştirak edən QHT-lərin peşəkar olub-olmaması məlum deyil.
Çox təəssüf hissi ilə deyə bilərəm ki, hərbi xidmət keçə bilməyənlər avtomatı söküb-yığmaqdan danışır və Silahlı Qüvvələrin necə idarə olunması ilə bağlı öz məsləhətlərini verirlər. Bu hallara isə heç bir halda ehtiyac yoxdur. Çünki ölkə başçısı nəzarəti tam şəkildə həyata keçirir".

Deputat daha sonra Amerika və digər qərb ölkələrinin analoji təcrübəsi ilə Azərbaycan təcrübəsinin müqayisəsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrin fəaliyyəti, idarə olunması formaları adekvatdır və hazırlanmış qanun layihəsi bugünkü reallıqlara cavab verir.

Qeyd edək ki, digər deputatlar 5 dəqiqə müddətində çıxış etdiyi halda Siyavuş Novruzovun çıxışı 10 dəqiqə davam edib.

Millət vəkili Müdafiə naziri postuna mülki şəxslərin gətirilməsi ilə bağlı olan təkliflərə də iradını bildirib:
"Vaxtilə Müdafiə naziri postuna riyaziyyatçı gətirilmişdi. Adını da məclisə layiq olmadığına görə, çəkmək istəmirəm. Məhz onun təyinatından sonra ölkənin hansı vəziyyətə düşdüyünü də gördük. Buna görə də bu posta mütləq professional hərbçi gətirilməlidir. Mülki şəxsin gətirilməsi ilə bağlı olan təkliflər də qeyri-ciddidir və buna ehtiyac yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1726   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264