Rusiyanın məşhur verilişi bu dəfəki buraxılışını "Azərçay"-a həsr edəcək - VİDEO

Rusiyanın məşhur verilişi bu dəfəki buraxılışını "Azərçay"-a həsr edəcək - VİDEO

Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in bu gün efirə gedəcək buraxılışı 20 illik yubileyini qeyd edən “Azərçay”a həsr ediləcək.

BiG.AZ xəbər verir ki, “Pole Çudes”in növbəti buraxılışında həm “Azərçay”ın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat veriləcək.

Qeyd edək ki, Leonid Yakuboviçin aparıcılığında efirə gedəcək “Pole Çudes” verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov olacaq.

Rusiyanın "Birinci" kanalında Bakı vaxtı ilə saat 20:55-də başlayacaq verilişdə sürprizlərlə dolu maraqlı oyun olacaq. “Azərçay”la Beynəlxalq Çay Günündə məşhur şounu qaçırmayın.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 854 Tarix: 15.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər