Tanınmış meyxanaçı mahnısını oğurlayan özbək ifaçısı haqda: "Azərbaycanındır, pul istəmirəm" - VİDEO

Tanınmış meyxanaçı mahnısını oğurlayan özbək ifaçısı haqda: "Azərbaycanındır, pul istəmirəm" - VİDEOTanınmış meyxanaçı Tərlan Novxanının başına iş gəlib.

Özbək müğənnisi Uluqbek Rahmatullayev meyxanaçının "O gözəl yar" mahnısını icazəsiz ifa edib və anonim qeyd edib. Bundan xəbər tutan meyxanaçı yaman qəzəblənib və sosial şəbəkədə Uluqbek Rahmatullayevi tapıb və ona iradını bildirib. Özbəkistan ifaçısı müəllif hüquqları pozulmuş meyxanaçını əvvəlcə pul ilə ələ almağa çalışsa da, məsələnin sonu sülhlə bitib. Təfərrüatları Tərlan Novxanı bizimlə bölüşüb:

"Bəli belə bir hadisə olub. Deməli, bu il dostum Qazaxıstandan gəlmişdi. Mən başıma gələn hadisə barədə ona söhbət əsnasında məlumat verdim. Dostum dedi ki, sən narahat olma, mən onu instaqramda taparam, sənə onun nə məlumatı lazımdırsa, götürərik. U. Rahmatullayevi sosial şəbəkə vasitəsilə tapdıq, etirazımı ona yazdım. Bildirdim ki, mənim mahnımı ifa edib və anonim qeyd edib. Müəllif hüquqlarımı əsaslı şəkildə ona sübut etdim. Düzü gözləmirdim ki, mənə cavab yazar. Çünki baxdım ki, bunun səhifəsi böyükdür, Özbəkistanda tanınmış bir ifaçıdır. Düşündüm ki, heç mənə cavab yazmayacaq. Amma əksinə oldu, o mənə dedi ki, əslində mən səni axtarmışam, hətta bildirdi ki, şəxsən mən bu yay Azərbaycanda olmuşam və sənin haqqında maraqlanmışam. Amma ona kimsə deyib ki, həmin mahnını oxuyan meyxanaçı ölüb. Müxtəsər biz danışdıq, sonda isə dostlaşdıq. O mənə pul təklif etdi, dedim istəmirəm. Sən Azərbaycan musiqisini, Azərbaycan meyxanasını ifa etmisən, zəhmət olmasa ölkəmin və öz adımı çək. Razı oldu, səhvini anladı. Dedi o zaman müəllif hüquqlarını pozmuşam səni Özbəkistana dəvət edirəm, konsertim zamanı bu mahnını birgə duet ifa edək. Mən də razılaşdım. Elə də oldu. 6 gün Özbəkistanda konsert verdi, 6 gün də məni qonaq etdi və konsertdə də birgə "O gözəl yar" mahnımı oxuduq. Hər şey üçün təşəkkür etdim, konsert bitdikdən sonra isə qürurla Vətənimə qayıtdım. Bu barədə də məlumatı sosial şəbəkədə qeyd etdim ki, bizim ifaçılar, meyxanaçılar öz müəllif hüquqlarını hər zaman qorusun və əsla mahnılarımıza anonim yazılmasını qəbul etməsinlər".

mənbə: xəbərçi.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6630   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042