2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARICari 2017-ci ilin sonuna yaxınlaşarkən goldnews.az olaraq son günlərini yaşadığımız bu ilin ən önəmli hadisələrini silsilə şəklində sizə təqdim edəcəyik.

BiG.AZ xəbər verir ki, bugünkü yazımız 2017-ci ildə quda olan məmurlar və onların ailə quran övladları ilə bağlıdır.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.

Toy Bakıda şadlıq saraylarının birində baş tutub

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARISəhiyyə naziri Oqtay Şirəliyev də oğluna toy edib. Nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub. "Bilgah Beach Hotel"də baş tutan dəbdəbəli mərasimin aparıcısı Kamilə Babayeva olub. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər. Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak ediblər.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARIAzərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov da qızına toy edib

AZAL prezidentinin bu qızı da əcnəbi kişi ilə ailə qurub.

Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur. Toy mərasimi Bakıda baş tutub.

Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, "Gazelli Art House" incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.

Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARIAzərbaycanda daha iki yüksək vəzifəli məmur da bu il bir-biri ilə quda olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub.

Onların toy məclisi Binə Atçılıq Mərkəzində keçirilib. Qeyd edək ki, Əli Həsənovun ailə quran nəvəsi Nail Allahverdiyev hazırda həbsdədir.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARIAvqustun 11-də keçmiş vergilər naziri Fazil Məmmədovun qızının toyu olub. Nazir öz müavini Namiq Əliyevlə quda olub. Fazil Məmmədovun qızının ailə holdinqi kimi tanınan "Synergy Group" Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Kürəkəni isə Londonda yaşayır və orada bizneslə məşğuldur.

Nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub.

Toy mərasimi "Böyük saray" şadlıq evində baş tutub. Məclisin idarəçiliyini xalq artisti Brilliant Dadaşova edib.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARIAzərbaycanda daha bir məmur «Buta Palace"da öz övladına toy edib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov oğlu Orxan Qurbanovun toy mərasimini keçirib. Administrasiya rəisi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovla quda olub.

«Buta Palace"da baş tutan toy məclisində bir çox şou-biznes nümayəndələri də iştirak edib. Qüdrət Qurbanovun tapşırığı ilə toy məclisində iştirak edən qonaqlardan toydan çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılmaması xüsusi xahiş edilib. Buna səbəb məclisin dəbdəbəli keçirilməsi və yüksək çinli məmurların məclisdə iştirak etməsi olub. Digər bir səbəb isə Q.Qurbanov mətbuatın gündəminə gəlməkdən çəkinməsi olub.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilovun ailəsində də bu il ərzində xoş gün yaşanıb. İcra başçısının qızı Aysel Mikayilova ailə həyatı qurub. "Buta Palace"da onun xına mərasimi keçirilib. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva, Günay İbrahimli və Aşıq Samirə də iştirak edib.

Məlumata görə, onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurub.

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutub. K. Axundov bildirib ki, bu evlilik gənclərin öz seçimi olub: "Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində".

Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5224   Tarix: 13 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 199
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 702
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 103
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 323
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 239
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 226
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 377
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 83
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 975