Şirvanda biabırçı hadisə — Polisi daşla yaraladı, sonra alt geyimində saxlanıldı (YENİLƏNİB)

Şirvanda biabırçı hadisə — Polisi daşla yaraladı, sonra alt geyimində saxlanıldı (YENİLƏNİB)Şirvanda polisə xəsarət yetirən Əlikram Xurşidovla bağlı yeni faktlar üzə çıxıb.

Ölkə.az-ın əldə etdiyi məlumata əsasən, ötən ayın 22-də Şirvan şəhərində saxlanılan Əlikram Xurşidov Müsavat partiyasının Şirvan şəhəri üzrə sədridir.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, qonşuların şikayəti əsasında əraziyə gələn polis mayoru Elçin Talıbov Ə.Xurşidovu intizama dəvət edib. Lakin Ə.Xurşidov polisin qanuni tələbinə tabe olmayaraq, onun ayağına daşla xəsarət yetirib. Bundan sonra isə Əlikram Xurşidov alt geyimində Şirvan ŞPŞ-yə gətirilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Şirvan ŞPŞ-də polisə xəsarət yetirərək saxlanılan şəxsin Müsavat partiyasının üzvü olduğu faktını partiya rəsmiləri də təsdiqləyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, Əlikram Xurşidov həqiqətən Müsavat partiyasının Şivan şəhər təşkilatının sədridir.

***
Şirvan şəhər sakini Əlikram Xurşidov qonşuların şikayəti əsasında əraziyə gələn polis işçisini daşla yaralayıb.

Ölkə.az-ın Şirvan şəhər Polis Şöbəsindən (ŞPŞ) əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhərinin "kənd evləri" adlanan yaşayış massivində baş verib.

Belə ki, 18.01.1978-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, Xanlar küçəsi, ev 107 ünvanında qeydiyyatda olan Xurşidov Əlikram İdris oğlu şəhərin "kənd evləri" adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində rəngsazlıq xidməti göstərir. Əlikram rənglədiyi evin sahibəsi Elnarə Kərimova ilə intim əlaqədə olduğu zaman, həmin qadının qeyri-rəsmi həyat yoldaşı olan Niyaməddin Aliyarov tərəfindən yaxalanıb. Həyat yoldaşını başqa kişi ilə bir yerdə tutan Niyaməddin Aliyarovla Əlikram Xurşidov arasında insident baş verib. İnsident zamanı yaranan səs-küydən narazı qalan qonşuların məlumatı əsasında hadisə yerinə polis əməkdaşları gəlib. Bu zaman polis əməkdaşları ilə Əlikram Xurşidov arasında mübahisə yaranıb.

Nəticədə Əlikram Xurşidov hüquq-mühafizə orqanının əməkdaşını daşla yaralayıb. Bundan sonra isə Əlikram Xurşidov alt geyimində Şirvan ŞPŞ-yə gətirilərək məsuliyyətə cəlb edilib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 13 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199