Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat

Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminatXalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verib. O, aktrisadan 300 min manat təzminat tələb edir.

BiG.AZ xəbər verir ki, bu barədə azvision.az-a M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib. Vəkil bildirib ki, tərəflər razılığa gəlmək istəmir və məhkəmə proses davam edəcək.
"Ramiz Məlikin niyə belə reaksiya verdiyini başa düşə bilmirik. Məhkəməyə iddia ərizəsi verib ki, Məleykə xanım onun evinə zəng edərək, həyat yoldaşını hədələyib. Amma əslində, elə olmayıb. Məleykə xanım telefonda deyib ki, Ramiz bəyə ayıb olsun, qeyrətini çəkmək onun işi deyil. Gedişat göstərir ki, tərəflərin bir-birilərinə güzəştə getmək fikri yoxdur. Məleykə xanım nə etdiyini bilir. Amma Ramiz bəyin cavabları anlaşılmazdır. O, birinci məhkəmə görüşündə dedi ki, aktrisaya heç nə deməyib. Əgər heç nə deməmisənsə, niyə üzr istəyirsən?! Əlimizdə saytlardan götürdüyümüz materiallar var. "Fahişə" sözü heç nədir? Dediyini boynundan atır.

Məhkəmə zamanı mən ona dedim ki, ağsaqqal adamsan, növbəti iclasa qədər Məleykə xanımla danış, bildir ki, səhv etmisən. Onu yola gətirməyə çalışdım. Cavab verdi ki, mətbuat vasitəsilə üzr istəmişəm, artıq heç nə edə bilmərəm. Ramiz bəy məhkəməyə müraciət etməkə Məleykə xanıma təzyiq göstərmək istəyir", - deyə Tağı Hüseynov bildirib.

Vəkilin sözlərinə görə, M.Əsədova R.Məliki bağışlamaq fikrində deyil. Növbəti məhkəmə dekabr ayının 19-a təyin edilib: "Böhtan və təhqirlə bağlı məhkəməyə ayrıca müraciət olunacaq. Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci maddə, təhqirlə bağlı isə 148-ci maddə var. Bu maddələri əsas götürərək məhkəməyə müraciət olunacaq. Ramiz Məlik artıq dövlət tərəfindən də cəzalandırılacaq".

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən aktrisa Ramiz Məliki məhkəməyə verib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2166   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167