Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiasıBöyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır

Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir.

Gələn məlumatlara görə, yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi gerçəkləşə bilər. Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin tənqid olunması sıradan bir hadisə deyil. Ramiz Mehdiyevin şəxsən Vergilər Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin çox ciddi bir axarla davam edəcəyini söyləməyə əsas verir. Məlumatlara görə, artıq proses başlayıb. Fazil Məmmədovun fəaliyyətini ucqarlardan – onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan rayonun icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.

İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən qovulma səbəbinin yanında çox kiçik faktlardır. Əsas səbəb Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəkilində yığılan və büdcədən yayındırılan böyük məbləğlərdir. İddia olunur ki, böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4 milyarda yaxın manatdan getdiyi vurğulanır.

Bun fakt məlum olandan dərhal sonra Fazil Məmmədovun işdən qovulması qərarı verilib. Sabiq nazirin həmin məbləğin yarısını qaytardığı haqda da bilgilər var. Deyilir ki, məhz buna görə Fazil Məmmədov və yaxın ətrafına daxil olan şəxslərə qarşı əməliyyatın başlanmasına göstəriş verilməyib.

Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər. Yeri gəlmişkən, qeyd edək ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb. Vergilər nazirinin digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Fazil Məmmədov işdən çıxarılandan sonra hər gün "Yeni Həyat" yaşayış kompleksində yerləşən ofisində olur. Orada başına toplaşanlar isə yazıda adı keçən qohum-tanışları olan vəzifə sahibləridir. Sabiq nazirin və ətrafının, xüsusən Xaləddin İsgəndərovun psixoloji durumunun da son dərəcə gərgin olduğu deyilir.

Yada salaq ki, Fazil Məmmədovun 5 gün əvvəl prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. Əksəriyyət Fazil Məmmədovun səhhəti ilə əlaqədar işdən çıxarılmasına inanmır, onun istefaya göndərilməsində başqa səbəblərin olduğunu dilə gətirirlər. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınıb deyə müzakirələr bir qədər də qızışıb. Uzun illərdir vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən, səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun "vurulması"nın sıradan bir hal olmadığı yəqinləşməkdədir. Hazırda Fazil Məmmədov "vurulmuş" nazir statusundadır, amma mümkündür ki, yaxınlarda onun statusu bir daha dəyişsin…4

Mənbə: "Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2816   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0