Azərbaycanda 2500-dən artıq leykoz xəstəsi var

Azərbaycanda 2500-dən artıq leykoz xəstəsi var

"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır".
BiG.AZ apa-ya istinadən xəbərinə görə, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki, leykozların diaqnostikası ilə bağlı bu il 6 000-dən çox laborator müayinə aparılıb: "Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir".

Direktorun sözlərinə görə, son illər ölkədə hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

Z. Əlimirzəyeva qeyd edib ki, 2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılıb: "Laboratroriya ən müasir avadanlıq və reaktivlərlə təchiz olunub. İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin başqa ölkələrə getməsinə ehtiyac qalmır".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 539 Tarix: 11.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər