Arvadını öldürüb ağzından qızıl dişlərini sökdü: "Qızlarımı ayrı-ayrı otaqlara salıb..."

Arvadını öldürüb ağzından qızıl dişlərini sökdü: "Qızlarımı ayrı-ayrı otaqlara salıb..."Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı- 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın , 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

BiG.AZ xəbər verir ki, ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. "Sputnik" agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını "onu saymadıqları üçün" öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

"Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm"-qeyri-insani əməli törədən cinayətkar müstəntiqlərə bildirib. O, qətli oğlu ilə birlikdə necə törətdiklərini də danışıb. Qatil müstəntiqlərin "beş nəfəri birdən necə öldürdün?" sualına cavab olaraq deyib ki, oğlu Fəqanla birlikdə arvadını və qızlarını əvvəlcə ayrı otaqlara salıb və qapını bağlayıb, sonra öldürüb.

Qatil deyib ki, həmin gün onunla arvadı arasında mübahisə yaranmışdı, qızlar isə analarının tərəfini tuturdu.

O da məlum olub ki, salyanlı manyak-qatil qətliamı törətdikdən sonra arvadının ağzından qızıl dişlərini söküb. Çünki cəsədin eksqumasiyası zamanı qadının qızıl dişlərinin söküldüyü üzə çıxıb. Habelə cani qızlarından birinin qızıl boyunbağısını da meyitin üstündən götürüb, deyilənlərə görə onu hadisədən bir müddət sonra boyunbağını satarkən görüblər.

Xəbər verdiyimiz kimi cinayətkar arvadı Mehparəni, qızları Rəqibəni, Sevdanı, Ümidəni və İradəni qətlə yetirdikdən sonra onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb. Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin "Səni axtarıram" şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu "qeyrətlərinə" sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5579   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
"Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358