Şou-biznesin heyvanları

Şou-biznesin heyvanlarıTanınmış sənətçilərimiz ev heyvanlarına ad günü keçirir, itəndə axtarış elan edir, qurumuş kəpənək kolleksiyası yığırlar...

Şou-biznes nümayəndələri daim efirlərdə olduqlarından adama elə gəlir ki, onların oxumaq-oynamaqdan savayı işləri yoxdur, günləri yalnız çal-çağırla keçir. Amma azca maraqlananda bəlli olur ki, onlar da bütün insanlar kimi, boş vaxtlarını öz ailələri, uşaqları, hətta sevimli məşğuliyyətlərinə də həsr edə bilirlər.

Bu dəfə şou-biznesin məşğuliyyətini araşdırmaq qərarına gəldi. Kiçik araşdırma zamanı məlum oldu ki, şou əhlimiz yaman "heyvanbaz"dır.

İlhamə Quliyeva 6 ildir "Markiz" adlı pişik saxlayır. Almaniyadan gətirilən "Markiz"in yeməkləri də öz ölkəsindən gətirilir. O, Azərbaycan yeməklərini bəyənmir. İlhamə xanım hər ay pişiyini həkim müayinəsindən keçirir.

Nisə Qasımova da evində pişik saxlayır. Onun Syam pişiyinin adı "Meqa Star"dır.

Flora Kərimovanın isə evində ovçarka cinsinə mənsub yekə it bəslənir. İt nə it... Adama bircə dəfə baxmağı kifayətdir...

Brilliant Dadaşovanın da evində it "böyüyür". Bu iti saxlamaq təşəbbüsü onun həyat yoldaşına məxsus olsa da it ailədəkilərin sevimlisinə çevrilib. Onu da qeyd edək ki, evin bu sevimli sakini bir müddət əvvəl itdiyi üçün barəsində axtarış da elan olunub.

Zülfiyyə Xanbabayeva ilə Elnarənin hazırda ən əsas məşğuliyyətləri qızlarını saxlamaqdır. Ona görə də onlar it-pişik saxlamağa vaxt tapmırlar.

Faiq Ağayevin də evində fauna aləmindən əsər-əlamət yoxdur.


Aygün Kazımova
vaxtilə mənzilində it, pişik, hətta meymun saxlasa da indi məlum olmayan səbəblərdən heç bir ev heyvanı saxlamır.

Röyaya bir müddət əvvəl sevgilisi Anar tərəfindən balaca sarı rəngli pişik hədiyyə olunsa da, pişiyin ömrü uzun olmayıb, ölüb (Təki sevgiləri uzunömürlü olsun!). Bundan başqa, müğənninin qol saatlarından ibarət kolleksiyası var.

Elza Seyidcahanın qara pişiyi var. Elza xanım hətta pişiyinə ad günü də keçirir.

Rəqsanəyə gəlincə, o, "Lokki" adlı itini hədiyyə etməli olub. İtin evdən getməsinə yeni doğulmuş qızı Yagmur səbəb olub.

İngilis, ispan, rus və Azərbaycan dillərində təmiz danışmaq bacarığı olan Ədalət Şükürovun da iti var. Müğənninin sevimli məşğuliyyəti isə qurudulmuş kəpənək kolleksiyası yığmaqdır. Ən sevdiyi heyvan isə delfindir.

Mətanət İsgəndərli də evində pişik saxlayır. Onun Britaniya əsilli pişiyinin adı "Mister"dir.

Aktrisa Firəngiz Mütəllimova heyvanlardan iyrəndiyi üçün gül-çiçək bəsləməyə üstünlük verir. Onun ən maraqlı məşğuliyyəti evindəki dibçək güllərinə baxmaqdır.

Onu da deyək ki, nəinki bizim ulduzlar, hətta türk sənətçiləri də it-pişiyə meyllidirlər. Belə ki, Sezen Aksu 11 il "Cano" adlı it saxlayıb. Ajda Pekkanın isə "İce" adlı pişiyi və "Charles" adlı iti var. Tarkan evində pişik, Candan Erçetin isə "Wolf" və "Lolla" adlı iki qurd iti ilə "Eros" adlı it saxlayır. Niluferin də pişiyi var. Şahsənəm isə evində 16 pişik bəsləyir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6824   Tarix: 29 avqust 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293