İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildiDələduzluqda təqsirləndirilən sabiq məktəb direktoru Mustafayeva Diləfruz Əbil qızının cinayət işi üzrə məhkəmə başa çatıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Diləfruz Mustafayevaya 2 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki. Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimləri olub.

D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına "Kapital Bank" ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimlərin maaşından tutmağa başlayıb.

Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimlər əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir tədbir görülmədiyi üçün zərərçəkmiş şəxslər məsələni ictimailəşdirmək üçün mətbuata müraciət ediblər.

Elə bundan sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməlləri araşdırıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi açılıb. Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən D.Mustafayeva sonradan ev dustaqlığına buraxılıb.

Onun barəsində həmçinin Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi açılıb. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Diləfruz Mustafayevanın dələduzluq əməllərinin qurbanı olanların sayı 50 nəfərdən çoxdur. Onların hər birinin adına bankdan kredit götürülüb. Məktəb direktorunun barəsində cinayət işi açıldıqdan və həbs edildikdən sonra da kredit faizlərini müəllimlər ödəyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 350
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 310
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 76
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 513
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 298
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 155
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 253
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

14:47 232
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 442