Mavi balina oyunu haqqında dəhşətli faktlar — Valideynlər, övladlarınızda bu əlamətləri gördükdə...

Mavi balina oyunu haqqında dəhşətli faktlar — Valideynlər, övladlarınızda bu əlamətləri gördükdə...Son günlər mətbuatda "Mavi Balina" oyununun qurbanına çevrilən uşaqlar haqqında xəbərlər yayılıb.

İntiharlara səbəb olan oyunun rəhbərliyi gizli şəkildə göndərilən linklərlə sosial şəbəkələr vasitəsilə uşaqlarla əlaqə yaradır. Ailələr bu məsələdə çox diqqətli olmalıdırlar.

Artıq "Mavi Balina" oyunu dünyada 130 intihara səbəb olub. Təəssüf ki, onlar arasında azərbaycanlılar da var. Bu səbədən valideynləri diqqətli olmağa çağırırıq.

Təkrar edirik, oyunun rəhbərliyi sosial şəbəkə vasitəsilə göndərilən linklərlə azyaşlı və yeniyetmələrlə əlaqə yaradır. Oyunu qadağan etmək üçün bir internet səhifəsi və ya linki yoxdur. Oyun istifadəçilər arasında xüsusi linklər paylaşılaraq oynanılır.

"Mavi Balina" oyunu nədir?

Oyunun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Rusiyanın söhbət saytlarında oyuna girmək istəyənlərə link göndərilir. Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir.

50 gün 50 tapşırıq

"Mavi Balina" oyunu 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar oyunçulara verilir. Tapşırığı yerinə yetirə bilməyənə isə "Öl, yenə də dünyaya gələcəksən" fikri təlqin edilir.
Oyunun bəzi mərhələlərində məktəbli uşaqlara "əl biləyinə və ya ayağına iti cisimlə balina qazı" və ya "damarlara yaxın bölgələri kəs" tapşırıqları verilir.
Bəzən isə sübh saatlarında yuxudan oyandırılan oyunçu qorxulu video çarxları izləyir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "balina olmaq" adlanır və oyunçuya intihar etməsi əmr edilir.

Oyunun təhlükəsi nədir?

Oyunu oynamaq istəyən şəxsə internet piratları tərəfindən virus tərkibli bir link göndərilir. Göndərilən link vasitəsilə şəxsi məlumatlar ələ keçirilir. Bu yolla oyunu oynayan şəxs ətrafındakı insanlarla bağlı təhdid, şantaj və kiber zorbalığa məruz qalırlar.
Oyunda iştirak edənlər isə gecə saatlarında edilməsi tələb edilən müxtəlif qorxulu tapşırıqları yerinə yetirirlər. Bununla da onların ruh sağlamlığı pozulur. 50 gün davam edən proses başa çatanda oyunçulara psixoloji təzyiq edilir, dəyərsiz insan olduqları fikrinə qapılmaq üçün vasitələrə əl atılır və son tapşırıq olaraq intihara sövq edilir.

Valideynlər bu xüsusda diqqətli olmalıdırlar:

-Uşaqlar sosial şəbəkə və internet məkanında belə tələlərə düşürlər. Qarşısını almaq üçün valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməlidirlər;

-Ailələr uşaqların oynadıqları oyunları mütləq bir yerdə təyin etməlidirlər;

-Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməlidir;

-İnternetdə naməlum şəxslərlə yaxın münasibət qurulmaması, onların şübhəli şəxs ola bilmə ehtimalının yüksək olması və belə münasibətlərin təhlükəli nəticələrə səbəb ola biləcəyi mövzusunda uşaqlarla müntəzəm söhbət edilməlidir;

-Ailə bu mövzuda məsuliyyətini dərk etməli, ehtiyac yaransa mütəxəssisə müraciət etməli, övladını sosial fəaliyyətə yönləndirilməli, sosial şəbəkədə onların dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalıdırlar.

Təhlükəki qrupu necə müəyyən etmək olar?

Loqotip
Hər qrupun öz loqotipi var. Bir çox hallarda bu Tanrı simvolikasıdır. Çünki özünü hansısa çox vacib qrupun üzvü sayır. Bu səbəbdən özünü seçilmiş sayan uşaq loqotipi istənilən tapşırığı yerinə yetirmək və cəzasız qalmağın vasitəsi sayır.

Musiqi
Bu qrupa aludə olan uşaqlar ən çox "Psynergy Project", "Beatroots" kimi musiqilərə qulaq asır. Bu tip musiqilərdə ritm insan orqanizminin bioritminə uyğun deyil. Belə yeniyetmələr depresiv trans vəziyyətinə düşür və onları idarə etmək çox asan olur.
Həyatın mənasızlığı haqqında frazalar

Bu qrupa qoşulanlar dünyada tənhalıq, təəssüf hissi və acılar haqqında məşhur şəxslərin frazalarından tez-tez istifadə edirlər.
Uşaq qəflətən sözəbaxan övlada çevrilir.

Əgər övladınız birinci sinifdən dostluq etdiyi uşaqlarla əlaqəni kəsib tam fərqli uşaqlarla dostluq edirsə, həyəcan təbili çalın. Yeniyetmə real həyatdan ayrılır və deyilən hər şeylə razılaşır.

Gündəlik rejimi dəyişilir

Övladınız gündəlik rejimini dəyişirsə, qorxmaq lazımdır. Məsələn, şam yeməyini otağında yeyir, kompüter arxasında eyni vaxtlarda oturur, müəyyən qrafiklərində dəyişiklik edirsə, qrupa qoşulma təhlükəsi var.

Yuxusuzluqdan əziyyət çəkir

Əgər övladınız səhər dərsə getmək üçün yuxudan gec durursa və ya əzgindirsə, deməli yaxşı yatmayıb. Həyəcan təbili çalın. Çünki "Mavi balina" oyununda 04:00-05:00 saatları arasında verilən tapşırıqlar var. Bu isə yuxunun ən şirin vaxtıdır. Amma övladınız yatmaq əvəzinə, tapşırıqlar yerinə yetirir: foto çəkib sosial şəbəkəyə yükləyir və.s.
Bu vaxt xüsusən seçilib ki, sübhə yaxın yuxudan oyanan uşaqda əzginlik yaransın, gərgin olsun. İkincisi, bu vaxt yuxudan oyananda adrenalin yüksəlir və yuxudan oyanma həyəcan və gələcəyə dair qorxulara səbəb olur.

Təkrarlanan rəsmlər

Yeniyetmələrin davranışları eynidir. Onlar diqqət cəlb etmək və qiymətləndirilmək istəyirlər. Bu səbəbdən hansısa işə başı qarışan yeniyetmə bunu rəsmlərdə nümayiş etdirir. Amma təhlükəli qrupa qoşulanlar yeni ideologiya ilə bağlı rəsmlər çəkirlər. Əgər yeniyetmə müntəzəm olaraq kəpənək və balina çəkirsə, qorxmaq lazımdır. Çünki kəpənəyin ömrü bir gündür, balina isə intihar üçün özünü sahilə vurur. Deməli, övladınız intiharçı qrupa üzv olub. 50 rəqəmini tez-tez yazmaq da təhlükəlidir. Çünki oyunda 50 tapşırıq var.

Sosial şəbəkədə qüssəli yazılar

Əgər övladınız intihara təşəbbüs edirsə, əvvəlcə sosial şəbəkələrdə qüssəli ismarıclar yazacaq. Onun fikrinə görə, "rəqəmsal qəbilə" onunla eyni düşüncədədir və onu anlayırlar.
Əgər övladınızın səhifəsində "Mənim vaxtıma az qalıb", "Söz verirəm ki, bunu edəcəm" tipli ismarıc görsəniz, ehtiyatlı olun. Onunla danışın və ya psixoloqa müraciət edin. Heç bir halda sərt danışmaq, səhv yolda olduğunu demək olmaz. Dolayı yolla internetdə belə qrupların olduğu, insanları səhv yönləndirdiyi barədə məlumat verin.

Bədənində cızıq və kəsiklər

İntihar qruplarında əvvəlcə oyunçulara bədənində cızıq və kəsiklər etmək tapşırığı verilir. Sonra isə hansısa canlı heyvanı öldürmək və fotosunu çəkmək tapşırılır. Yeniyetmələr ətrafdakı insanlara incik olduqları üçün bu addımları həvəslə atırlar. Bu səbəbdən ehtiyatlı olun, övladınızı müntəzəm şəkildə izləyin.

Onunla söhbət edin, dostluq edin, önəmli olduğunu hiss etdirin. Mübahisə edin və ona ürək sözlərini deməyə şərait yaradın. Cəza erməyin. Tez-tez: "sən mənim üçün çox önəmlisən, sənə çox ehtiyacım var, mən bilirəm sən küsmüsən. Səni başa düşürsən"-deyin.
Əsas odur ki, övladınıza içindəkiləri söyləməyə şərait yaradasınız. Bu zaman onun özünə qarşı yaranan aqressiyası çölə çıxacaq və azalacaq. Bundan başqa dünyada kimin üçünsə lazım olduğunu anlayacaq.

Əşyaları dağıdır

Özünə qəsd etməyi planlaşdıran yeniyetmə istəyir ki, ölümündən sonra ağlasınlar, onun haqqında danışsınlar. Bu səbəbdən əşyalarını dağıdaraq iz qoymağa çalışır. Əgər övladınızın əşyaları itirsə və ya o özü sevimli əşyalarını bir bağlamaya qoyub sizə gətirir və yaxınlara paylamağı xahiş edirsə, ehtiyatlı olun. Adətən bu yaşda uşaqlar eqoist olurlar və əşyalarını boş yerə kiməsə vermirlər.
Əşyaları ilə vidalaşmağa imkan verməyin. Yaxşı hadisələrdən danışın, müsbət sonluqlu həyat dərslərini izah edin. Tarixdə onun yaşıdı olan uğurlu insanların hekayəsini göstərin.

Açıq şəkildə ölümü haqqında danışır

Əgər yeniyetmə danışıq vaxtı "Mən ölsəm, nə edərsiniz?", "mənim yasımda nə danışardınız?" tipli suallar verirsə, təhlükə çox böyükdür. Adətən ölümə hazırlaşan yeniyetmələr bu suallardan tez-tez istifadə edirlər.

Bu səbəbdən övladınızla söhbət edin, ağlayacağınızı, acı çəkəcəyinizi bildirin. İzah edin ki, onun ölümü düşmənlərinin vecinə olmacayaq, sağ qaldıqları üçün güləcəklər. Bundan başqa mütləq psixoloqa müraciət edin.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4600   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191