Hökumət yaralı çavuşuna sahib çıxmadı: Erməni hərbçisi dilə gəldi - VİDEO+FOTOLAR

Hökumət yaralı çavuşuna sahib çıxmadı: Erməni hərbçisi dilə gəldi - VİDEO+FOTOLAR2 iyun 2017-ci ildə Qarabağdakı separatçı rejimin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissədə 10 ay xidmət etdikdən sonra çavuş Levon Qazaryan qoşunların təmas xəttinin Talış istiqamətində döyüş növbətçiliyini dəyişərkən yaralanıb.

BiG.Az Xeber.News -a istinadən bildirir ki, erməni hərbçisi səslər eşitdiyini və posta diversiya həyata keçirildiyini, hücum edildiyini düşünərək qarşısını almaq istədiyni bildirib. Onun sözlərinə görə yaralandıqdan sonra avtomobil yolu olmadığına görə əsgər yoldaşları onu 800 metrədək məsafədə daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Oradan maşınla Ağdərədəki hərbi hospitala aparılıb. Atası Aleksan Qazaryanın dediyinə görə onu Ağdərədə əməliyyat edərək, ağciyər və qaraciyərinin yaralarını tikiblər.

Çavuş Levon Qazaryan hadisə barədə bunları deyib: "Həmişə ön xətt mövqelərində səslər gəlirdi, ancaq hadisə günü eşidilən səs biraz daha fərqli və yaxın səs idi. Silahların doldurulması və ayaq səsləri kimi səslər eşitdim. Müşahidə aparmaq üçün görünməmək şərti ilə qismən qalxdım, dönən məqamda atəş açdılar. "Düşmən" snayperinin açdığı 2 atəşdən biri erməni əsgəri levonun sağ ağciyər və qaraciyərinə xəsarət yetirib".

Levon Qazaryanın əməliyyatı 5 saat davam edib. Əməliyyat zamanı 2 dəfə ürəyi dayanıb. Onun ağciyərinin bir hissəsi çıxarılıb, müxtəlif nahiyyələrində qırıqları olub. Vəziyyəti ağır olduğundan süni nəfəsalmaya qoşularaq hava nəqliyyatı ilə İrəvana təxliyyə edilib. İrəvan hospitalının reanimasiya şöbəsində 2 ay müalicə olunub. Onun yaralanması haqqında ailəsinə hərbi komissarlıq məlumat verib. İndi sağlamlığının bərpa mərhələsindədir. 1 il xidmət müddətindən sonra hərbi xidmətə yararlı olmadığına görə təxris edilib.

Əlillik dərəcəsi almaq üçün Eçmiədzin şəhər sosial təminat şöbəsinə müraciət edib. Komissiya müayinə etdikdən sonra ona əlillik dərəcəsinin verilməsi müraciətini rədd edib. Komissiya heyəti izah edib ki, bundan öncəki qanunla əlillik dərəcəsi verilə bilərdi, ancaq qanunda baş vermiş son dəyişikliyə görə əlillik dərəcəsi düşmür. Həkimlər onun valideynlərinə deyib ki, şükür et ki, övladın əlil olmayıb. Ancaq valideynlər deyir ki, sağlam vermişəm, sağlam qaytarın, onun döş qəfəsində 50-dək tikiş var və ağciyərinin yarısı yoxdur.

Yaralı erməni əsgərinin valideynləri sakit olsalarda, onların qohumları yaranmış vəziyyətə narazılıq bildirir. Onların izah tələb edir ki, bəs hər ay maaşlarımızdan hərbi qulluqçulara sığorta adı ilə tutulan 1000 dram vəsaiti kimə verirlər, yaralı Levon Qazaryana heç bir sığorta vəsaiti verilməyib.

Atası banklardan məcbur kredit götürməklə müalicə xərclərini ödəyir.

Yaralı erməni əsgərin atası bildirib ki, nə müdafiə nazirliyindən, nə də qulluq etdiyi Ağdərədəki hərbi hissəsindən heç kim maraqlanmayıb. Heç bir dövlət yardımı edilməyib.

Hökumət yaralı çavuşuna sahib çıxmadı: Erməni hərbçisi dilə gəldi - VİDEO+FOTOLARHökumət yaralı çavuşuna sahib çıxmadı: Erməni hərbçisi dilə gəldi - VİDEO+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1269   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0