Əməkdar artistdən qalmaqallı açıqlama: "Bəzənəndən sonra onlara yuxarıdan aşağı baxıram"

Əməkdar artistdən qalmaqallı açıqlama: "Bəzənəndən sonra onlara yuxarıdan aşağı baxıram"

Azərbaycanın əməkdar artisti Sevinc Əliyeva "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan əməkdar artist ona yuxardan aşağı baxanlardan danışıb: "Ailəliyəm, övladım var. Həm evdar xanım kimi, həm də iş qadını kimi hər işimi çatdırmağa çalışıram. Elə olur ki, işə gedərkən bəzənmirəm və rahat geyimdə gedirəm. Bəzəksiz və makyajsız görənlər mənə yuxardan aşağı baxırlar. Tamaşama hazırlaşıb bəzənəndən sonra gəlib mən onlara yuxarıdan-aşağı baxıram".

Sevinc Əliyeva sənətə gəlməyindən də söz açıb: "Uşaq yaşlarımdan incəsənətə marağım olub. Rəqslə məşğul olmuşam, musiqiyə getmişəm. İncəsənət universitetinə daxil olduqdan sonra aktrisalığı seçdim. Sənətimi və işimi sevirəm".


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2969 Tarix: 12.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər