Vəkillər Kollegiyasına yeni sədr seçilib

Vəkillər Kollegiyasına yeni sədr seçilibBu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.

BiG.AZ-ın report-a istinadən xəbərinə görə, "Bulvar Otel"də keçirilən konfransda 116 nümayəndə iştirak edir.
Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Qeyd edək ki, A.Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olub. Anar Bağırovun əsas fəaliyyət sahələri korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli, bank, maliyyə hüququ və daşınmaz əmlak məsələləridir. O, 1997-2005-ci illərdə kommersiya və qeyri-kommersiya təşkilatlarına hüquqi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olub. A.Bağırov 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Kollegiyanın Rəyasət Heyətinin üzvüdür. O, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin idarəedici partnyoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi, Azərbaycan Respublikası Hakimlərin Seçki Komitəsinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin "Cənubi Qafqaz hüquq jurnalı" və Rusiyanın "Avrasiya vəkilliyi" Jurnalının redaksiya heyətinin üzvüdür. Anar Bağırov tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən Chambers and Partners reytinq şirkətinin "Chambers Asia Pacific 2014" nəşrində "Azərbaycanda biznes hüququ" kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olub. O, həmçinin "Who`s Who Legal" reytinq şirkətinin "Who`s Who of Construction Lawyers 2013" nəşri tərəfindən aparıcı hüquqşünas olaraq tövsiyə olunur. A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri Hüquq Doktoru" adına layiq görülüb. O, A.Bağırov Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

VK-nın konfransının yekununda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti Ramin Qurbanovun "Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: "e-məhkəmə" informasiya sistemi" mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

*** 10:30

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.
"Report"un xəbərinə görə, "Bulvar Otel"də keçirilən konfransda 116 nümayəndə iştirak edir.
Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.
Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcəklər.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb. xəbər verir ki, polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib. Leypsiq polisinin sözçüsü Olaf Hopp

27.03.2024 193
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb. APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb. Körpənin 6-7 həftəlik olduğu təxmin edilir. Meyit ərazidən götürülərək təhvil verilib

27.03.2024 535
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0