ABŞ-ın beynəlxalq siyasətdə strateji səhvi və islam aləminə zərbəsidir - POLİTOLOQ

ABŞ-ın beynəlxalq siyasətdə strateji səhvi və islam aləminə zərbəsidir - POLİTOLOQQüds problemi-Husilərin Məkkə və Mədinəyə yolun açdı, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etdi. Bu qərar ABŞ-ın beynəlxalq siyasətdə strateji səhvi və islam aləminə zərbəsidir.

Bu sözləri BiG.AZ-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Qüds şəhəri səmavi dinlərin beşiyi və birləşdiyi tolerantlıq statusuna malik bir şəhərdir: "Təssüf ki, Trampın bu qərarı yəhudi lobbisinin təsiri ilə həyata keçdi. Hazırda İslam dünyasına qarşı bəlli mərkəzlərdən hücumlar edilir. İslam adı ilə ortaya atılan İŞİD, Al-Qaida, Əl-Şabab və digər terror təşkilatları, məhz Qərbin məqsədyönlü siyasətinin planıdır. Məqsəd İslamı parçalamaq və islamafobiyanı dünyaya yaymaqdır.

ABŞ-ın beynəlxalq siyasətdə strateji səhvi və islam aləminə zərbəsidir - POLİTOLOQYaxın Şərqdə Qüdsün işğalı, bu regionda xaosun və anarxiyanın dava etməsinə səbəb olacaq. Amma Trampın bu qərarından sonra, son üç il ərzində səfirlik Qüdsə köçürülməyəcək. Üç ildən sonra, ola bilər ki, səfirlik köçürülməsin.

ABŞ prezidenti tərəfindən verilən bu qərar, dünyada dinlər arasında dözümsüzlüyü artıracaq və birgə əməkdaşlığa zərbə vurmuş olacaq.

Yaxın Şərqdə cərəyan edən bu hadisələr fonunda Səudiyyə Ərəbistanı susqun siyasət aparır.

Bu regionda üç müqəddəs şəhər olan Məkkə, Qüds və Mədinə demək olar ki, müəyyən güclərin nəzarəti altındadır. Müsəlmanların bu şəhərlərə ziyarətində çox ciddi problemlər yaradılır.

Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərlərinin nəzarətə götürülməsi, Yəməndə Husilərin apardığı müharibənin bir planıdır. Husilər Yəməndə hakimiyyəti ələ alıb, Səudiyyəni parçalamaq, Məkkə və Mədinə şəhərlərini nəzarətə götürməyə çalışacaqlar. İranında Husilərə hərbi yardımında məqsədlərindən biri məhz budur.

Bu gün Səudiyyə Ərəbistanı təhlükə ilə üz-üzədir və parçalanması üçün istənilən qığılcım yetərlidir.

Qüds şəhərinin problemini sükutla qarşılayan Səudiyyə Ərəbistanı müddətdən sonra, Məkkə və Mədinəni husilərin nəzarətində görə bilər. Bu müddət müəyyən illərdə çəkə bilər. Necə ki, İsrail 2500 il bundan əvvəl iddia etdikləri şəhəri indi nəzarətə götürür. Husilərdə Məkkə və Mədinəni nəzarətə götürməsi üçün əməliyyatlarını davam etdirəcəklər. Səudiyyə Məkkə və Mədinəni qoruya bilməyəcək. Bu müqəddəs şəhərlər Qərbin işğalına məruz qalarsa, burada islamln izləri silinə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266