Ev heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJ

Ev heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJÖlkədə tüğyan edən bahalaşma bütün sahələri cənginə alıb və təbii olaraq heyvan bazarından da yan keçməyib. Paytaxtın zoomağazalarında ev heyvanlarının, eləcə də, heyvan yemlərinin qiyməti artıb. Bu durum heyvansevərlərin də vəziyyətini çətinləşdirib.

Məlumdur ki, ölkəmizə cins heyvanların əksəriyyəti xaricdən idxal olunur. Bu zaman həm manatın məzənnəsinin zəifləməsi, həm gömrük rüsumu və vergi , həm də lojistik xərclərin artması qiymətlərə təsir edir.

BiG.AZ xəbər verir ki, Musavat.com-un müxbiri heyvan bazarındakı durumu öyrənmək üçün "it bazarı" adı ilə tanınan, "Təzə bazar"dakı heyvan bazarına baş çəkib.

Həftənin bazar günü olduğundan bazarda qələbəlik hiss olunur. Bu gün digər günlərə nisbətən alıcıların da, satıcıların da sayında artım müşahidə olunur.

Bazarın daimi satıcıları ilə yanaşı, təsadüfi şəxslər, yəni şəxsi ev heyvanlarını və ya onların balalarını bazara çıxarıb satanlar da az deyil.

Qiymət artımı isə bazarın girişində ilk addımdaca hiss olunur və satıcılar bunu inkar etmirlər.

Onların sözlərinə görə, alıcılar ən çox az qulluq tələb edən dekorativ balıqlara üstünlük verirlər və balıqların da qiyməti bu il iki dəfə artıb: "Balıqların xaricdən gətirilməsi baha başa gəlir, həmçinin gömrük rüsumları qalxdığından balığı topdan gətirənlərə də artıq sərf etmir və məcbur olub baha satırlar.

Bahalaşma isə özü ilə başqa bir problem də gətirir- alıcılıq zəifləyir. Yəni istənilən halda təkcə alıcı yox , biz də itiririk. Misal üçün, əvvəl bir ədədi 1 manata satılan balıqları indi 2 manata satırıq. Bəzi yerlərdə hətta 3 manata satanlar da var. Lakin yerli balıqların qiymətində artım yoxdur. Yerli seleksionerlər, özləri yetişdirənlər ucuz satmağa çalışırlar. Çünki daha çox satmağa həvəslidirlər. Yerli som balığını adi şəraitdə, yəni kran suyunda artırıb çoxalda bilirik. Bu balıqların qiyməti bahalaşmayıb. Əvvəl də 1 manata idi, indi də... Lakin xaricdən gətirilən som balıqları var ki, onlar 1 manat 50 qəpiyə təklif olunur".

Satıcı bildirdi ki, bazarda daha çox Afrika balıqlarının üstünlüyü təşkil edir: "Əsasən Tanqanika və Malaviya gölündə yaşayan balıq növləridir. Təbii ki, biz bunu qonşu ölkələrdən alırıq. Bu balıqların bir neçə növünü Rusiyada yetişdirirlər, topdan Azərbaycana göndərilir. Balıq yemlərinin qiyməti də artıb. Alman istehsalı olan balıq yemləri var ki, onlara kombinasiya olan yemlərdir. Bu yemlər əsasən heyvanın ciyərindən, ürəyindən və bitki mənşəli yemlərdən hazırlanıb. "Tetra Diskus" adlanan yeminin kiloqramı 60 manatdır. Ən ucuz balıq yeminin isə bir stəkanı 1 manatdır".

Bazarda ən çox üstünlük təşkil edən cins itlərin satışıdır. Burada istənilən növdə cins itlərə rast gəlmək mümkündür. Ancaq hər zamanki kimi it bazarında alıcıdan çox satıcı var idi.

Satıcıların əksəriyyəti öz ev heyvanlarını satışa çıxarmışdılar və bu durumdan heç də məmnun görünmürdülər. Onlarla söhbətimizdən məlum oldu ki, bu duruma səbəb isə it yemlərinin, eləcə də ətin kəskin bahalaşmasıdır. Artıq insanlar heyvanların yem xərclərini qarşılamaqda çətinlik çəkirlər və bazara çıxarıb satmağa çalışırlar.

Öz şəxsi itini bazara satmağa gətirən gənclərdən biri bir neçə həftədir itini satışa çıxardığını, lakin alıcı tapa bilmədiyini qeyd etdi: "Artıq bir neçə bazardır ki, itimi sata bilmirəm. Cinsi "sibir avçarkası"dır. Bir neçə il olar ki, məndədir. Əvvəl satmağı nəzərdə tutmuşdum, sonra xoşuma gəldi, saxlamağa başladım. İndi yemlər bahalaşıb, saxlamağa imkanım yoxdur. "Dədəsi" sibir iti, "anası" çubuş olub. Adına "Zvanok"da deyirlər. Bu cinsdən olan itlər ağıllı itlər hesab olunur. Bu itlər yemlə yanaşı, ətlə qidalanır. Ət də bahalaşandan sonra saxlaya bilmədim Minimum 700 manata satmağı nəzərdə tutmuşam.

Lakin alıcılar 200 manat təklif edirlər. Bu isə ona çəkdiyim xərcin bir hissəsini belə qarşılamır. Son qiymət 400 manatdır".

Daha bir satıcı da öz ev heyvanını satışa çıxarıb, lakin istədiyi qiymətə sata bilmir: "Satmağa gətirdiyim Sibir laykası olan "haski" adlanır. Qiyməti 250 manatdır. Maraqlanan çoxdur. Ancaq istədiyim qiyməti vermirlər. Real alıcı olsa, 200 manata verərəm. Daha çox ruslar, almanlar, ingilislər , yəni xarici millətlər maraq göstərirlər. Bizim insanımızın itə marağı azdır. Onları da qınamaq olmaz, it saxlamaq çox çətindir. Yemlər bahalaşıb. Bu itlərin özəlliyi odur ki, yaxşı mühafizəçidirlər, uşaqlarla mehriban davranırlar. "Haski"lər aqressiv heyvan deyil. Qış mövsümi gələndə itlər ucuzlaşmağa başlayır. Əsasən yay mövsümündə daha çox tələbat olur. İnsan yay tətilində bağlara getdiyindən it almağa maraqlı olurlar. Saxlanmasına gəlincə süd, kolbasa, sosiska məhsulları vermək doğru deyil. Özümüz nə yeyiriksə o yeməkdən veririk. Düyü, qarabaşaq, makaron, imkan daxilində toyuğun döş ətini verirəm. Küçük olduğundan çiy ət vermirəm. Əti yalnız qaynadıb vermək olar. Böyüyəndən sonra çiy ət yeyə bilər".

Qeyd edək ki, bazara əvvəlki kimi qiyməti 2-3 min manat arasında dəyişən itlər gətirilmir. Ən bahalı itin qiymətinin 500 manat olduğunu öyrəndik. Səbəb isə odur ki, alıcılıq yoxdur və bahalı itləri bazara çıxartmaq sərfəli deyil.

Pişiklər itlərə nisbətən daha ucuz satılır, ən ucuzu 30 manat ən bahalısı isə 100-200 manat arasında dəyişir.

Satıcılar deyir ki, bazarda canlanma daha çox yayda yaşanır, bu zaman bazara 3 min manata satılan itlər də çıxarılır və tələbat da yüksək olur. Qışda isə heyvan saxlamaq çətinləşdiyindən insanlar almağa meyilli olmur.

Ev heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJEv heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJEv heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJEv heyvanları satışa çıxarılır - Bahalaşmaya görə - REPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1374   Tarix: 03 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245