Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

BiG.AZ report.az-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 348 Tarix: 03.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər