"Dedi ki, qonşumda qızıl da var, pul da" – Bakıda oğru dəstə saxlanıldı – VİDEO

"Dedi ki, qonşumda qızıl da var, pul da" – Bakıda oğru dəstə saxlanıldı – VİDEO

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

ARB TV xəbər verir ki, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.

həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib.

Adil Həsənov – Saxlanılan şəxs: “Dedi ki, mənim qonşumda qızıl da var, pul da. 3 nəfər ilə plan qurduq. Ev sahibi gəldi götürə bilmədik. Növbəti gün özüm içəri girib pulu götürdüm”.

Qeyd edilən faktlarla bağlı araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 891 Tarix: 01.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.033