Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLAR

Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLARZirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

"Azəravtoyol" ASC-dən BiG.AZ-a verilən məlumata görə, hazırda yol boyu son tamamlanma işləri aparılır, yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri görülür. Ümumilikdə yolun 65 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir.

İki qəsəbəni birləşdirmək baxımından xüsusi əhəmiyyətə malik yeni yol bağlantısının uzunluğu 7.1 km-dir. Yolun 2 km-lik hissəsi Türkan qəsəbəsinin daxili yoludur, 5.1 km-lik hissə isə tam olaraq yeni tras üzərində layihələndirilib. Sözügedən hissə çınqıl və torpaq örtüklü olub. Bu üzdən vətəndaşların xüsusən payız-qış mövsümündə bu yolla hərəkətində xeyli çətinliklər yaranırdı. Yeni yolun tikintisi ilə bu problemlər geridə qalır.

"Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında, texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulan Zirə-Türkan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində yeni piyada səkiləri inşa olunub, 12.5 km uzunluğunda müxtəlif ölçülü yeni səki daşları düzülüb.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulub, hərəkətin normal təşkili üçün 96 ədəd yol nişanı və məlumatverici lövhə, həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılıb.

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri ola yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub və 3 yerdə su qəbuledici anbarlar inşa edilib. 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə xüsusi "cib"li hissələr yaradılıb, yol boyu boş ərazilərdə kənarlarda 100-dən artıq ağac əkilib.

Qeyd edək ki, Zirə-Türkan yolunun tikintisi iki yaşayış məntəqəsinin 24 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdırır, yük və sərnişin daşımasını asanlaşdırır. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə yaxın qısaldır.

Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLARZirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLARZirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLARZirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLARZirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO / FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264