Xəstə qız valideynlərinə yalvardı - İmkan verin, ölüm - FOTO
"Sizi anlayıram. Siz də məni anlayın. Xahiş edirəm, yalvarıram sizə - imkan verin, ölüm. Xəstəliyimin çarəsi yoxdur, bilirsiniz. Sizə yük olmaq istəmirəm. Sizə çox əzab verdim. Qorxmayın, məndən savayı iki övladınız var. Bacım və qardaşım var..."
14 yaşlı Li Syaosin ağlayaraq valideynlərinə yalvarıb.
BiG.AZ milli.az-a istinadən bildirir ki, 14 yaşlı çinli Li Syaosin hepatoblastma xəstəsidir.
Hepablastoma qaraciyər xərçənginin nadir formasıdır.
Linin valideynləri müalicə üçün indiyədək 40 min dollar xərcləyiblər. Onlar evdə satılası nə vardısa, satıblar. Üstəlik, borc içindədirlər.
Li Syaosin də valideynlərin bütün pulları ona xərcləmələrinə artıq dözə bilmir. O, müalicənin mənasız olduğunu və dayandırılmasını istəyib.
Anası bu sözləri eşidəndə ağlayıb. Li anasının göz yaşlarını silərək sözlərinə davam edib: "Ağlamayın! Bilirsiniz ki, müalicəyə pulumuz artıq yoxdur. Kimsə də bizə borc verən deyil. Hələ borcları qaytarmaq lazımdır..."
Li 2014-cü ilin may ayında müayinə olunanda onda hepablastoma aşkarlanıb.
Syaosinlər ailəsi Çinin mərkəzindəki Henan vilayətində, Nanl bölgəsndəki kənddə yaşayırlar. Linin böyük qardaşı və kiçik bacısı var.
İlk müayinənin aparıldığı Pyuyan şəhərindəki xəstəxanada bir il davam edəndən sonra həkimlər Syaosin ailəsinə paytaxt Pekində Lini müalicə etdirməyi məsləhət biliblər.
Linin valideynləri də onu evlərindən 510 km uzaqdakı Pekinə aparıblar.
Müalicə, dərmanlar, kimyəvi terapiya hələlik heç bir nəticə verməyib.
Lakin hər şeyə rəğmən valideynləri borc-xərclə Linin müalicəsini davam etdirirlər. Linin atası xəstəxanadan iki saatlıq məsafədə darısqal otağı kirayəyə götürüb. Ailə indi həmin otaqda qalır.
Linin atasının dediyinə görə, qızını Pekinə gətirəndən sonrakı ilk üç ayda küçədə, vağzallarda, yeraltı keçidlərdə yatıb ki, pula qənaət etsin.
İndiyədək 20 kimya terapiyası keçmiş Linin ciddi, çox bahalı müalicəyə ehtiyacı var.
Əks təqdirdə 14 yaşlı qız öləcək.
Lini xilas etmək üçün "Tencent Charity" xeyriyyə təşkilatı pul toplamağa başlayıb.
Artıq Li üçün internetdə xüsusi yardım səhifəsi də yaradılıb.
Gərəkli olan 500 min yuan, yəni 56103 dolların artıq 7093 dolları yığılıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1654 Tarix: 01 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
22:30 0 "Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama
Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari
14:04 356 İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc
16:28 479 İsrail əsgərləri 12 fələstinlini əsir götürüb
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib
20:45 76 Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca
11:34 202 34 ildir "Simpsonlar"da görünən obraz "öldü"
"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə
16:06 354 "Nişanlım dünyasını dəyişib" - Video
"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki
11:46 781 Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında
21:00 68 Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı
12:55 341