Bakıda saxta dərman satanlara qarşı əməliyyat - tutulanlar var

Bakıda saxta dərman satanlara qarşı əməliyyat - tutulanlar varBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.

BiG.AZ Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılmış əməliyyat-axtarış tədbirləri ilə "Hayal Estetika və Məsləhətçilik" və "Bioderm" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi, 49 saylı ünvanda yerləşən "SKS Plaza"nın "Hayal Estetika və Məsləhətçilik" MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, "Miotox-100 unit" və "Miotox-50 unit" dərman həblərinin etiketləri, 44 ədəd "Biopolimero 350cp" tamlığı pozulmamış ampulalar, 13.337 manat, 2.355 ABŞ dolları, 127 avro məbləğində nağd pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi "Hyundai Accent" markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomobildə preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda "MİATOX Botulium Toxin Tape A" preparatları, eləcə də avtomobilin salon və yük hissəsindən daha 25 adda 102 sayda dərman preparatları aşkar edilərək götürülüb.

Həmçinin, Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu "Bioderm" MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsi ilə dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd "Zentox" dərman preparatını Nərimanov rayonu, A.Nemətulla küçəsi, 90C ünvanında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus A.Nemətulla küçəsi, 20 saylı ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) "Zentox" dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla "Hayal Estetika və Məsləhətçilik" MMC-nin rəhbəri Akif Saqiyevin və "Bioderm" MMC-nin faktiki direktoru Aqil Məhərrəmlinin dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə şübhələr üçün əsaslar yarandığından onlara Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmuş, məhkəmənin qərarları ilə A.Saqiyev barəsində həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şirkətlərin ofislərindən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmaması, normativ texniki sənədlərin tələblərinə cavab verib-verməməsini, mənşəyi məlum olmayan dərman vasitələri olub-olmamasını, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanıb-saxlanmamasının aydınlaşdırılması və qeyd olunan dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Hazırda sadalanan faktlarla bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 285
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 219
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 269
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255