Erməni yazar aprel döyüşü ilə bağlı sirri açdı

Erməni yazar aprel döyüşü ilə bağlı sirri açdı"Generalitet varlanır və cəmiyyətin nəzarətində olmaq ona sərf etmir. Rejimə 2018-ci ilin aprelində olacaq dəyişikliklər ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır".

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni yazar Tevos Arşakyanın "Armenianreport.com" saytında dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, Ermənistan Prezidenti Serj Sərkisyan hər dəfə kameralar qarşısında çıxışı zamanı erməni ordusundan, onun gücündən danışmağı çox sevir:

"Nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadan Sərkisyan bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Bununla da o, ordunu bəslədiyi generalların insafına verib. Əvvəlcə bu iş üçün rəhbərliyi dəstəkçisi Seyran Ohanyana, sonra isə ona sadiq olan Vigen Sərkisyana tapşırıb.

Təbii ki, nəticə özünü uzun müddət gözlətmədi. Hesablaşma zamanı keçən ilin aprelində çatdı. O zaman azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağətrafı ərazilərin geniş sahələrini tutmağı bacardı. Aprel fiaskosundan sonra hökumət müəyyən nəticələr çıxardı, Müdafiə Nazirliyindəki bir sıra hərbçi və rütbəlilərin buraxdıqları səhvə və oğurluqlara görə "kəlləsi vuruldu". Xalqın narazılığını aşağı salmaq üçün Sərkisyan hətta Ohanyanla da ayrılmalı oldu.

Lakin erməni ordusunun vəziyyəti ilə bağlı keçən il dəhşətli həqiqətləri ortaya çıxarmağımıza baxmayaraq, biz hələ də ordunun parçalanma səviyyəsini tam anlamırdıq. Bu o demək deyil ki, bunu generallar və hökumət tərəfindən ordunun məhv olunmasını sakit şəkildə izləməyəcək peşəkar hərbçilər də anlamırdı. Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan şəxs - Vova Vardanovun bir müddət öncə "1in.am" saytına dedikləri oldu. O bildirdi ki, ordudakı ölümlərin yarısı hərbçilərin silahla ehtiyatla davranmamasının nəticəsidir. Vardanovun sözlərinə görə, aprel döyüşləri zamanı düşmən maneəsiz şəkildə böyük qrupla birgə bizim arxamıza keçməyi bacarıb. Əsl döyüşçüyə, peşəkar kəşfiyyatçıya inanmamaq üçün bizim heç bir əsasımız yoxdur. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları hiss olunur, hansı ki, düşmənin fəaliyyəti ucbatından yox, ordunu sadəcə yemləmə məkanına çevirmiş komandirlərin diqqətsizliyinə görə həlak olurlar. Nəticədə ordu bizim postların burnunun ucunda mühəndis fəaliyyəti apararaq, əraziləri minalardan təmizləyən azərbaycanlıların hücumu zamanı sadəcə yatmışdı. Axı düşmən görünməz papaqla işləmirdi. Bəs ordunun kəşfiyyatı hara baxırdı? İstehkam qüvvələri nə ilə məşğul olurdu? Nəhayət ki, hərbi əks-kəşfiyyatçılar harada idi? Belə çıxır ki, azərbaycanlılar rahatlıqla minalı əraziləri təmizləyib, bizim mövqelərimizə arxadan zərbə endiriblər, amma bizdən bunu heç kim müəyyən edə bilməyib? Böyük ehtimalla da belə olub.

Bəs nəyə görə belə olub? Ona görə ki, zabitlər yalnız varlanmaq, əsgərlər isə ordunun qarət olunduğunu görərək düşmənin mümkün hücumu haqqında yox, nə zaman tərxis olunacaqları barədə düşünürlər. Vova Vardanyan tərəfindən deyilənlər növbəti dəfə bizə göstərir ki, bizim orduda elementar özbaşınalıq hökm sürür. Situasiya dərinləşir və ictimaiyyətin ordu üzərində tam nəzarəti olmadan, o, hüquq müdafiəçiləri tərəfindən yoxlamalar üçün tam qapalı olacaq. Generalitet varlanır və ictimaiyyət tərəfindən nəzarət ona gərək deyil. Bununla belə rütbəli insanlar həm də mövcud dövlət strukturları tərəfindən olan yoxlamalardan da qorxmurlar. Yaxın zamanlarda keçən ilki kimi qaçdı-qovdu olmayacaq. Ona görə ki, rejimə 2018-ci ilin apreli ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır. Bu da o deməkdir, 2016-cı ilin aprelindən heç bir nəticə çıxarılmayıb. Düşmənin istənilən istiqamətdə müdaxiləsini görə bilərik. Bu isə müdaxilə yox, daha çox düşmənin (Azərbaycan Ordusu nəzərdə tutulur - red.) korrupsiya ilə parçalanmış ordunun arxasına təhlükəsiz gəzintisi olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1841   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 274
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 265
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 293
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 180
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 237
.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 342
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 127
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 450
.

"Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müzakirə ediləcək" - Politoloq

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, 4 kəndin qaytarılması Azərbaycanın növbəti uğurlarından və qələbələrindən biridir.Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycan

22.04.2024 2725