Prezidentin manatla alınan kreditlərə bağlı fərmanı nəyi dəyişəcək?

Prezidentin manatla alınan kreditlərə bağlı fərmanı nəyi dəyişəcək?Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib.

BiG.AZ xəbər verir ki, bu barədə şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı azertac-a bildirib ki, Azərbaycan sahibkarlarının kredit almaq imkanları daha da genişlənib. Yeni qaydalara əsasən əlverişli kredit üçün sadə mexanizm qurulub. Belə ki, ilk növbədə borcalan kredit sifarişi ilə müvəkkil banka müraciət edir. Sonra bank təhlil aparır və əgər münasibdirsə, zəmanət üçün "Kredit Zəmanət Fondu"na müraciət edir. 200 min manat və ondan aşağı məbləğdə olan zəmanətin verilməsi üzrə 3 iş günü, 200 min manatdan yuxarı olan məbləğdə isə 10 iş günü ərzində qərar qəbul edilir.

Prezidentin manatla alınan kreditlərə bağlı fərmanı nəyi dəyişəcək?O deyib ki, zəmanət almaq üçün "Kredit Zəmanət Fondu" və müvəkkil banklar arasında çərçivə müqaviləsi bağlanılır. Zəmanət yalnız Azərbaycanın qeyri-neft sektorunda olan sahibkarların öhdəlikləri üzrə verilir. Bundan əlavə, zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir: Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı; bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı; kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı; kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı; kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı; dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalıdır.

Zəmanət kreditin yalnız əsas borcu üzrə verilir və bir kredit üzrə zəmanətin kreditə nisbəti 15 faizdən az və 75 faizdən çox olmamalıdır. Həmçinin bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 (beş yüz min) manat məbləğində olmalıdır.

Yeni fəaliyyətə başlayan sahibkarların kreditləri üzrə zəmanət maliyyələşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25 faizi həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesaba mədaxil etməsi və ya borcalanın layihə üzrə xərclədiyi vəsaitlərin layihənin ümumi məbləğinin minimum 25 faizi təşkil etməsi (ödəniş sənədləri ilə təsdiq olunduqda) halında verilir. Eyni zamanda, zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.

A.Çaparlı əlavə edib ki, "Kredit Zəmanət Fondu" sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə də subsidiya verəcək. Subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciəti "Kredit Zəmanət Fondu"na zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Sözügedən faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üçün verilir və faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir: Müddəti 3 (üç) il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında; müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.

O diqqətə çatdırıb ki, müddəti üç ildən artıq olan kreditlər üçün faiz subsidiyası yalnız 3 il müddətində verilir: "Qeyd etmək lazımdır ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Kredit Zəmanət Fondu" sahibkarlıq subyektlərində monitorinq sistemi quracaq. Monitorinqin başlamasından ən azı 3 (üç) iş günü əvvəl sahibkarlıq subyekti və müvəkkil banka monitorinq barədə məlumat verilir. Prezident İlham Əliyev tərəfindən "Kredit Zəmanət Fondu"nun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək".

Qeyd edək ki, "Kredit Zəmanət Fondu"nun yaradılması "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış islahatlardan biridir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması üçün münbit şərait yaradır.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930