Bakıda məktəblilər oyuna görə qollarını kəsdi: "Mavi balina" İNTİHARA SÜRÜKLƏYİR?

Bakıda məktəblilər oyuna görə qollarını kəsdi: "Mavi balina" İNTİHARA SÜRÜKLƏYİR?Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib. "Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib", - B.Məmmədov virtualaz.org-a deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Məktəbdən isə bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. "Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır".

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. "Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib".

Qeyd edək ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin "Mavi balina" oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan "Mavi balina" indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə "admin" tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə "oyunçu"dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq.

30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək istəməyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5670   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

21:02 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0