Tərlan Əhmədov futbolçuların həbsindən danışdı

Tərlan Əhmədov futbolçuların həbsindən danışdı"Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılması barədə məlumatım yoxdur. İlk dəfə sizdən eşidirəm".

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi" – "Keşlə" (3:1) oyununda qonaqların 2 futbolçusu – Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. "Keşlə"dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olduqları iddia edilir.

Məsələyə münasibət bildirən Tərlan Əhmədov məsələdən xəbərsiz olduğunu deyib. O, belə işlərdə heç vaxt iştirak etmədiyini dilə gətirib: "Dünən bütün günü toyda olmuşam. Mətbuatda yazılanlardan xəbərsizəm. Nizami ilə aramızda komandaya dəvətlə bağlı söhbət belə olub ki, bu ilin oyunları başa çatandan sonra danışaq. Amma kiməsə rüşvət təklifi, ümumiyyətlə, ağlımızdan keçməyib. Həyatım boyu belə işlərə getməmişəm. Əgər kiminsə faktı varsa, gətirsin, qabağımıza qoysun, görək nədir, nə deyil? Çünki nə məsələ olduğunu bilmirəm. Amma belə söhbətlərdə heç vaxt olmamışam. Həmişə də demişəm ki, nə olacaqsa, halallıqla olsun. Bir işin halallığı yoxdursa, mənə lazım deyil. Elə oyunlara getmərəm. Belə şeylərə baş qoşmaq istəmirəm. Onsuz da, bizdə elədir ki, nəsə olan kimi, mətbuat aləmi bir-birinə qatır. Nizami ilə anlaşma yox, danışıq olub. Anlaşma çempionat oyunlarından sonra baş tuta bilər".

Əhmədov məsələnin sübutu üçün faktın vacib olduğunu vurğulayıb: "Heç vaxt hansısa futbolçuya oyunu zəif keçirməsi ilə bağlı təklif etməmişəm. Çünki elə şeylərdən xoşum gəlmir, Allahdan qorxuram. Digər tərəfdən "Neftçi"nin elə böyük büdcəsi də yoxdur ki, kiməsə pul təklif etsin. Kimin faktı varsa, gətirib ortaya qoysunlar, yalandan yazmasınlar. Əgər Nizami və ya başqa futbolçularla bağlı əllərində fakt yoxdusa, şər atmasınlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862