Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT + VİDEO

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT + VİDEOBir neçə gündür Bakıda yerləşən 14 nömrəli məktəbdə şagirdlərdən birinin səbəb olduğu problem sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunur. Bir şagirdin davranışlarında problem olduğu üçün onun sinfi dəyişdirilib. Amma yeni sinfin valideynləri buna etiraz ediblər. Etiraz o həddə çatıb ki, onlar uşaqlarını məktəbə göndərməkdən imtina ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələyə müdaxilə edib. Artıq hadisə ilə bağlı qərar qəbul olunub.

BiG.AZ-ın Xəzər TV-yə istinadən məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 14 nömrəli tam orta məktəbdə olub, 3-cü sinif şagirdlərinin valideynlərinin uşaqlarını dərsə buraxmamaları məsələsi ilə bağlı müzakirələr aparıblar.

Məlum olub ki, məktəbin rus bölməsinin 3-cü sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər.

Övladları 3-ç sinfində oxuyan valideynlər Məhəmmədhəsənin bu sinfə keçirilməsinə etiraz edirlər. Direktor onların tələblərini yerinə yetirmədiyindən onlar da uşaqlarını məktəbə göndərmirlər. Artıq 3 gündür ki, Məhəmmədhəsən Sadıqzadə dərslərdə tək iştirak edir. Valideynlər bu uşağın davranışından qorxduqlarını və şagirdlərə xəsarət yetirə biləcəyindən ehtiyat etdiklərini deyirlər.

Məktəbin direktoru Hürzad Verdizadə Məhəmmədhəsənin yeni sinfində psixoloq nəzarəti altında dərsə girəcəyini desə də, valideynlər bununla da razılaşmırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir neçə saat ərzində Məhəmmədhəsən Sadıqzadə ilə söhbət edib və valideynlərin şikayətlərini dinləyiblər. Məlum olub ki, uşaqda heç bir davranış pozuntusu yoxdur. Bu hadisə ərköyün böyüyən Məhəmmədhəsənin psixologiyasına pis təsir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Elşad Səfərovun sözlərinə görə, yoldaşları ilə yola gedə bilməyən şagirdin sinifdən-sinfə köçürülməsi istifadə olunan təcrübədir. Hazırda Məhəmmədhəsən Sadıqzadə 3ç sinfində təhsilini davam etdirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə övladlarını dərsə göndərmələrini tövsiyə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2316   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 473
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 170
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 662
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 422
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 517
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 366
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 460
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 318
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 745