Ülvi Mansurovun "Azərpoçt"dan istefasına dair yeni iddialar

Ülvi Mansurovun "Azərpoçt"dan istefasına dair yeni iddialarMəlumatlara görə, işçiləri çox az miqdarda maaş alsa da, "Azərpoçt"un başında duranlar milyonlar yeyiblər, baş direktor isə bu qarışıq sistemdə baş çıxarmayıb...

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurovun vəzifəsindən istefa verməsi ilə bağlı xəbərlərə hələ də rəsmi reaksiya yoxdur. Xəbərdə qeyd olunurdu ki, Ü. Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb, baş direktor vəzifəsinin icrası isə müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Ülvi Mansurov "Azərpoçt" MMC-yə rəhbər vəzifəsinə bu ilin mart ayında gətirilmişdi. Bu vəzifəyə gətirilməzdən öncə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, həmçinin "Texnikabank"ın İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

"Yeni Müsavat"a daxil olan məlumata görə, əslində Ülvi Mansurov "Azərpoçt"a rəhbər vəzifəsinə gətirildikdən sonra öz işindən razı qalmayıb. Bildirilir ki, Mansurov bu sahəyə yad adam olub. Ona görə də poçt sahəsində, Qəmbər Bəybalayevdən qalan qarışıq sistemdə çalışa bilməyən Mansurov hələ daha əvvəl istefa vermək qərarına gəlib. Hətta məlumata görə, o, vəzifəyə təyin olunduqdan bir müddət sonra işini tərk edib. Lakin sonradan geri qayıdıb. Oktyabrın 1-dən etibarən isə Mansurov ərizə yazaraq qəti şəkildə istefasını verib.

"Azərpoçt"un adı daha öncə "MTN işi" məsələsində çox hallanmışdı. Məlum olduğu kimi, "MTN işi" əsnasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (İndiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) çalışan xeyli sayda yüksək vəzifəli şəxslər korrupsiya faktı üzrə istintaqa cəlb olunmuşdu. Nazirlikdəki korrupsiya ilə bağlı həbs olunanlardan biri də "Azərpoçt" MMC-nin keçmiş baş direktoru Qəmbər Bəybalayev idi. İstintaq sənədlərinə əsasən, Qəmbər Bəybalayev ifadəsində deyib ki, ona qarşı irəli sürülən mənimsəmə ittihamları üzrə özünü təqsirli bilmir. Çünki nazirliyin rəhbərliyi "Azərpoçt" MMC üzərindən pulların 35 faizlik "otkat" və xərclərin şişirdilməsi yolu ilə mənimsənilməsini təşkil etsə də onun özü həmin pullardan pay götürməyib.

İstintaqda nazirliyin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov da demişdi ki, "Azərpoçt"dan əsasən ayda 30 min manat olmaqla, "haqq" alırdı və pulların 5 faizini də Bəybalayevə verirdi.

Bütün bu ifadələr göstərir ki, "Azərpoçt"da nə qədər böyük oyunlar oynanılıb. Məlumata görə, məhz bu hadisələrdən sonra yaranmış mühitdə Mansurov işləmək istəməyib.

Əldə etdiyimiz məlumata görə, "Azərpoçt"da sistemin yenilənməsi ilə bağlı xəbərlər dolaşsa da əslində konkret addımlar atılmayıb. Planlaşdırılıb ki, "Poçt-Bank" adlanan bank yaradılsın. Bu bank rayonlar da daxil olmaqla, pul köçürmək, kredit ödəmək və digər bu kimi əməliyyatları həyata keçirəcəkmiş. İş ingilis mütəxəssislərə tapşırılıb. Lakin hələ ki bununla bağlı da heç bir konkret iş görülməyib. Mənbəmiz bildirib ki, hələ keçmiş nazir Nadir Əhmədovun dövründə buna bənzər bank yaradılması planlaşdırılıb. Bankın yaradılması üçün pul da ayrılsa da, korrupsiya əməlləri nəticəsində bu pul da aidiyyəti üzrə xərclənməyib. Hazırda da bu məsələ ilə bağlı istintaq işinin davam etdiyi bildirilir.

Bütün bunlara baxmayaraq, "Rabitə işi" üzrə korrupsiya və irihəcmli mənimsəmə ittihamı ilə həbs edilən yüksək vəzifəli şəxslərin bir çoxu azadlığa buraxılıb. Azadlığa buraxılmayanların isə cəzaları xeyli azaldılıb. Məhkəmə bu qərarını onların dövlətə vurduqları zərəri bütünlüklə ödəmələri ilə əsaslandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu zərərin ödənməsindən sonra nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq direktoru Beytulla Hüseynov və onların yaxınlarına məxsus xeyli sayda əmlakın üzərindən həbs götürülüb.

Xatırladaq ki, V.Zeynalov da daxil olmaqla, iş üzrə həbs edilən 10-dan yuxarı şəxsdən əlavə, Bakı və rayonların rabitə qurumlarından həmin şəxslərə bağlı onlarla insan işdən çıxarılıb. Onların arasında rayon rabitə qurumlarının rəislərindən tutmuş, mühəndislərə qədər çoxsaylı işçilər var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16.04.2024 382
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16.04.2024 121
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

16.04.2024 134
.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16.04.2024 245
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

16.04.2024 669
.

Əfqanıstanda daşqın: 50 nəfər ölüb, 36 nəfər yaralanıb

Əfqanıstanda leysan yağışları gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, yağışlar daşqınlara səbəb olub. Ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub. Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyi sözçüsü Janan Saeq verdiyi açıqlamada

16.04.2024 176
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

16.04.2024 532
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

16.04.2024 282
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16.04.2024 690